planet.com.az » Eltun Süleymanov: “Azərbaycanın Avropada dayaqlarını möhkəmləndirən siyasət rəğbətlə qarşılanır”
“Azərbaycan -Bolqarıstan əlaqələri hər iki ölkə üçün önəmli xarakter daşıyır. Dünya düzənində gedən qlobal dəyişikliklər dövründə belə münasibətlərin qurulması və inkişaf etdirilməsi yüksək siyasi iradə tələb edir. Bu mənada cənab Prezident İlham Əliyevin çevik və düşünülmüş siyasəti dünyada ciddi maraq doğurur. Onun ard-arda səfərləri, Avropa ölkələrinin dövlət və hökumət başçılarını qəbul etməsi, mühüm sənədlərə imza atması, etibarlı tərəfdaş imici ölkəmizə ciddi siyasi dividentlər gətirməkdə davam edir. Xüsusən 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu fonunda həyata keçirilən təşəbbüslər diqqətlə izlənilir və etiraf edilir.Mayın 8-də ölkəmizdə səfərdə olan Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin gəlişi də bu qəbiuldəndir.
Səfər zamanı bir sıra önəmli sənədlər imzalandıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər.
Cənab Prezident İlham Əliyevin Bəyanatından görünür ki, ölkəmizin başçısı belə bir vaxtda strateji tərədaşlarımızın sayının çoxaldılmasına diqqət ayırır və Şərqi Avropa ölkəsi olan Bolqarıstanla əlaqələrin inkişafına da xüsusi önəm verir.”
Bu sözləri aia.az-a verdiyi açıqlamada Nəsimi RİH-nin yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.
Müsahibimiz qeyd edib ki, “Bolqarıstan Avropanın strateji mövqeyə malik dövləti kimi Aİ-nin siyasətinin formalaşmasında da mühüm rola malikdir. Bu dövlətlə əməkdaşlıq Azərbaycan üçün kifayət qədər əhəmiyyətlidir. Qarşılıqlı hörmət və etimad üzərində qurulmuş Azərbaycan-Bolqarıstan əlaqələri ötən müddət ərzində siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə dinamik şəkildə inkişaf edib və ölkələrimiz arasında səmərəli əməkdaşlıq formalaşıb
Ölkəmizin başçısı qeyd etmişdir ki, Bolqarıstan-Azərbaycan əlaqələri geniş spektrə malikdir və görüşdə bir sıra məslələri müzakirə edilmişdir “Son vaxtlar ticarət dövriyyəsi bir neçə dəfə artmışdır. Bunun əsas səbəbi təbii ki, enerji sektorundakı əməkdaşlıqdır. Bu əməkdaşlığın bugünkü səviyyəsi və perspektivləri də çox müsbətdir. Təkcə onu demək kifayətdir ki, təbii qaz təchizatı sahəsində ildən-ilə Azərbaycan qazının Bolqarıstana ixracı artmaqdadır. Keçən il 1 milyard 250 milyon kubmetr Azərbaycan qazı Bolqarıstan bazarına nəql edilmişdir.”
Cənab Prezident xüsusi olaraq bildirmişdir ki, Azərbaycan tərəfdaş ölkələrlə, o cümlədən Bolqarıstanla “yaşıl enerji kabeli” layihəsi istiqamətdə çox fəal iş aparır. Bir neçə aydan sonra hazır olacaq texniki-iqtisadi əsaslandırma işlərin başlanması üçün gözəl zəmin olacaq.
Bakı-Tbilisi-Qars dəmir yolunun modernləşdirilməsi tam başa çatdığını bildirən cənab İlham Əliyev qeyd etmişdir ki, “bu layihə Orta Dəhlizin önəmli seqmenti kimi təbii ki, mühüm rol oynayacaq. Həm Şərq-Qərb istiqaməti və həm də əks istiqamət üzrə daha böyük həcmdə yüklərin daşınması bizim münasibətlərimizi daha da gücləndirəcək.”
Eltun Süleymanov müsahibəsinin sonunda qeyd edib ki, “hər iki ölkə arasındakı əlaqələr bir sıra sahələri əhatə edir və bu əlaqələrin daha da genişlənməsi üçün böyük potensial vardır. Bolqarıstanın potensialı və Azərbaycanın inkişaf edən geostrateji əhəmiyyəti qlobal anlamda da pozitiv dəyişikliklərə səbəb olacaq. Qeyd edilən nüansların həyata keçirilməsi və indiki səviyyəyə çatdırılması cənab prezident İlham Əliyevin uğurla həyata keçirdiyi xarici siyasətin tərkib hissəsidir. Bu siyasət Azərbaycanın Avropada dayaqlarını möhkəmlətməklə yanaşı, bir sıra infrastruktur sahələrinin, iqtisadiyyatın digər istiqamətlərinin inkişafı üçün zəmin yaradacaqdır.”
Обнаружили ошибку или мёртвую ссылку?
Выделите проблемный фрагмент мышкой и нажмите CTRL+ENTER.
В появившемся окне опишите проблему и отправьте Администрации ресурса.
Oxşar xəbərlər
Təsisçi və baş redaktor:Eminov Mehman Niftalı oğlu | Tel: (+99499)792 92 88 , (+99477) 606 00 68 , (+99470) 577 95 98
Xüsusi müxbir: Alıyev Kamil Həsən oğluXüsusi müxbir : Piriyev Cavid Medal oğlu