planet.com.az » Etimadlı əməkdaşlığın nəticəsi
Ümumilikdə Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Bolqarıstanla ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi ölkəmizin xarici siyasətinin vacib istiqamətlərindən biridir. Bu mənada Azərbaycan ilə Bolqarıstan arasında münasibətlər hər zaman yüksək səviyyədə olub və müsbət dinamikası ilə seçilib. Qarşılıqlı hörmət və etimad üzərində qurulmuş Azərbaycan-Bolqarıstan əlaqələri ötən müddət ərzində siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə dinamik şəkildə inkişaf edib və ölkələrimiz arasında səmərəli əməkdaşlıq formalaşıb. İndiyə qədər iki ölkə arasında 60-dan çox sənəd imzalanıb.
“Bolqarıstan və Azərbaycan 2015-ci ildən strateji tərəfdaşdırlar. Bu illər ərzində əlaqələrimiz sürətlə və uğurla inkişaf edib. Bolqarıstan Prezidentinin budəfəki səfəri bunun növbəti təzahürüdür.” Bunu cənab Prezident İlham Əliyev matın 8-də ölkəmizdə rəsmi səfərdə olan Bolqarıstan respublikasının Prezidenti Rumen Radevlə mətbuata verdiyi bəyanatında bildirib.
Ölkəmizin başçısı qeyd edib ki, “Bolqarıstan-Azərbaycan əlaqələrinin geniş spektri müzakirə edilmişdir və gələcək addımlarımız haqqında fikir mübadiləsi aparılmışdır. Son vaxtlar ticarət dövriyyəsi bir neçə dəfə artmışdır. Bunun əsas səbəbi təbii ki, enerji sektorundakı əməkdaşlıqdır. Bu əməkdaşlığın bugünkü səviyyəsi və perspektivləri də çox müsbətdir. Təkcə onu demək kifayətdir ki, təbii qaz təchizatı sahəsində ildən-ilə Azərbaycan qazının Bolqarıstana ixracı artmaqdadır.”
Hazırda Azərbaycan qazı Bolqarıstan ərazisindən digər qonşu ölkələrə ixrac edildiyini bildirən cənab Prezident İlham Əliyev bunu əməkdaşlığımızın konkret nəticəsi və çox güclü ikitərəfli əlaqələrimizin məntiqi nəticəsi kimi qiymətləndirmişdir: “Çünki bizim əməkdaşlığımız gərək konkret nəticələrlə sonuclansın. Yəni, əməkdaşlığın əsas məqsədi daha yaxşı nəticələri əldə etməkdir və biz həm ticarət dövriyyəsinin artımında, eyni zamanda, energetika sahəsindəki əməkdaşlıqda bunu görürük.”
“Bir önəmli istiqamət isə nəqliyyatla bağlıdır. Bu da müzakirə edildi. Mən Prezident Radevə məlumat verdim ki, Azərbaycanın sərmayəsi sayəsində bir neçə gün bundan əvvəl Bakı-Tbilisi-Qars dəmir yolunun modernləşdirilməsi tam başa çatmışdır. Onun ötürmə qabiliyyəti bir neçə dəfə artırılmışdır. Vaxtilə Azərbaycan tərəfindən təşəbbüs kimi irəli sürülmüş, bu gün isə artıq imkanları genişləndirilmiş bu layihə Orta Dəhlizin önəmli seqmenti kimi təbii ki, mühüm rol oynayacaq. Həm Şərq-Qərb istiqaməti və həm də əks istiqamət üzrə daha böyük həcmdə yüklərin daşınması bizim münasibətlərimizi daha da gücləndirəcək”-deyə qeyd edən ölkəmizin başçısı bunu strateji tərəfdaşlığımızın daha da inkişaf etdiriləcəyinə inamı kimi ifadə etmişdir.
Cənab Prezidentin uzaqgörən və müdrik siyasəti nəticəsində Mərkəzi və Şərqi Avropa ölkələri ilə sıx əməkdaşlığın yaradılması, inkişaf etdirilməsi və strateji əməkdaşlıq səviyyəsinə yüksəldilməsi ölkəmizin dünya birliyində mövqeyinin daha da yüksəlməsinə imkan verəcəkdir.
Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri
Обнаружили ошибку или мёртвую ссылку?
Выделите проблемный фрагмент мышкой и нажмите CTRL+ENTER.
В появившемся окне опишите проблему и отправьте Администрации ресурса.
Oxşar xəbərlər
Təsisçi və baş redaktor:Eminov Mehman Niftalı oğlu | Tel: (+99499)792 92 88 , (+99477) 606 00 68 , (+99470) 577 95 98
Xüsusi müxbir: Alıyev Kamil Həsən oğluXüsusi müxbir : Piriyev Cavid Medal oğlu