
aia.az xəbər verir ki, 4 iyun tarixində keçirilən görüş
Şahbuz rayon Türkeş kəndində baş tutub.
Səttar Möhbalıyev görüş zamanı vətəndaşlar tərəfindən qaldırılan sosial yönümlü məsələləri və şəxsi müraciətləri qeydə alaraq onların həlli məqsədilə müvafiq addımların atılacağını bildirib.
Səttar Möhbalıyevin iyunun 4-də Şahbuz rayon keçirdiyi qəbulda iştirak edən seçicilər görüşdən məmnunluqlarını ifadə edib, onlara və ümumilikdə Naxçıvanın inkişafına göstərilən diqqət və qayğıya görə Ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya səmimi minnətdarlıqlarını bildiriblər.

