Nəzərdən keçirmək razılığına gəldiyimiz digər sahə birbaşa uçuşlardır


Azərbaycan Prezidenti İlham Əliyev aprelin 22-də ölkəmizdə rəsmi səfərdə olan Latviya Prezidenti Edqars Rinkeviçslə mətbuata bəyanatında bildirib.Nəzərdən keçirmək razılığına gəldiyimiz digər sahə birbaşa uçuşlardır. Bu, xüsusən də, müəyyən pozulmalar, həmçinin bəzi hava şirkətləri üçün aviayanacağın müəyyən dərəcədə çatışmaması ilə səciyyələnən indiki dövrə təsadüf edir və xoşbəxtlikdən Azərbaycanın hava şirkəti bundan əziyyət çəkmir. Bu, digər bir fürsət ola bilər", - deyə dövlət başçısı qeyd edib.Cənab Prezidentlə ikitərəfli gündəliyimizin müxtəlif aspektlərini, o cümlədən beynəlxalq əhəmiyyət kəsb edən məsələləri həm təkbətək görüşdə, həm də nümayəndə heyətlərinin iştirakı ilə geniş şəkildə müzakirə etdik. Şadıq ki, əməkdaşlığımızın çox güclü çərçivəsi var. Doqquz il əvvəl ölkələrimiz arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannamə hüquqi çərçivəni yaradır və münasibətlərimizi ən yüksək səviyyəyə qaldırır.Cənab Prezident, Sizin söylədiyiniz kimi, biz dəfələrlə görüşmüşük. Əsasən mən xarici işlər naziri olaraq Bakıya səfər edəndə, sonra isə ötən il Davosda görüşlər keçirdik. İndi isə rəsmi səfərlə ölkənizə gəlməkdən böyük məmnunluq duyduğumu ifadə edirəm.Mən sadəcə hər zaman ölkənizin, xüsusilə də paytaxtınızın necə inkişaf etdiyini gördükdə heyran oluram. Çünki nazirlər və prezidentlər adətən paytaxtdan kənarda çox şeyi görmürlər. Biz Sizin bu məsələyə şəxsən diqqət yetirdiyinizi və bu prosesdə iştirak etdiyinizi bilirik.
İcazə verin, nitqimin sonunda, cənab Prezident, Sizə və bütün Azərbaycan xalqına ən xoş arzularımı çatdırım. Mən bu gün və bu rəsmi səfərdən əlavə bir çox görüşlərdə bizim sıx əməkdaşlığımızın davam etdirilməsini səbirsizliklə gözləyirəm.
Просмотров: 9
Обнаружили ошибку или мёртвую ссылку?

Выделите проблемный фрагмент мышкой и нажмите CTRL+ENTER.
В появившемся окне опишите проблему и отправьте Администрации ресурса.

ДОБАВИТЬ КОММЕНТАРИЙ

Введите код:*
Кликните на изображение чтобы обновить код, если он неразборчив

Təsisçi və baş redaktor:Eminov Mehman Niftalı oğlu | Tel: (+99499)792 92 88 , (+99477) 606 00 68 , (+99470) 577 95 98

Xüsusi müxbir: Alıyev Kamil Həsən oğlu