planet.com.az » Cəmiyyət » Yaşanmış faciə
Ermənilərin tarix boyu Azərbaycan xalqına qarşı törətdiyi ən dəhşətli cinayətlərdən biri 1992 - ci ilin 25 fevralından 26- na keçən gecə Xocalı şəhər sakinlərinə qarşı etdiyi vəhşiliklər,soyqırım hadisəsidir. Həmin gecə insanlığını itirmiş erməni quldurları keçmiş sovet ordusunun 366 - cı motoatıcı alayının hərbiçiləri ilə birgə tək Azərbaycan xalqına qarşı deyil,bütövlükdə bəşəriyyətə , insanlığa qarşı cinayət törətmiş, yüzlərlə dinc insan - yaşlı, uşaq və qadın bir neçə saatın içində öldürülmüş, onlara qarşı ən dəhşətli işgəncə və təhqiramiz əməllər həyata keçirilmişdir.
Bu qırğın nəticəsində 613 nəfər həlak oldu, 8 ailə tam məhv edildi, 63 uşaq, 106 qadın, 70 qoca vəhşicəsinə öldürüldü, 487 nəfər yaralandı, 1275 nəfər əsir götürüldü,150 nəfər itgin düşdü. Xocali sakinləri həmin gecə misli görünməmiş qəddarlıqla olduruldulər: diri - diri yandırıldılar,başlarının dərisi soyuldu, gözləri çıxarıldı.
Xocalı soyqirimı Azərbaycan tarixinin öyrənilməsində mühüm əhəmiyyət kəsb edən, qədim mədəniyyətə malik Xocalı şəhərinin darmadağın edilib xarabayaya çevrilməsi ilə nəticələndi.Ermənilərin insanlığa sığmayan dəhşətli cinayət əməlləri nəticəsində Xocalı şəhərində 106 sosial- məişət obyekti,3200 fərdi yaşayış binası , 14 məktəb,21 klub , 29 kitabxana,3 mədəniyyət evi ,1 tarixi diyarşunasliq muzeyi dağıdıldı,14- 15 - ci əsrə malik türbələr,günbəzlər , məzarlar yerlə yeksan edildi. qəbiristanlıqlar vandallığa xas üsulla məhv edildi.
Bütun dünyanın gözü qarşısında baş vermiş bu dəhşətli soyqırımın əsl mahiyyəti yalnız ümummilli lider Heydər Əliyevin 1993- cü ildə xalqın tələbi və təkidi ilə siyasi hakimiyyətə yenidən qayıtdıqdan sonra açıqlanmış,1994- cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımina siyasi- hüquqi qiymət vermişdir.Ümummilli lider H.Əliyev Xocalı soyqırimının 10 illik ildönümü ilə əlaqədar xalqa müraciətlə demişdir.
" Xocalı faciəsi 200 ilə yaxın bir müddətdə erməni şovinist millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqirimı siyasətinin davamı və ən qanlı səhifəsidir."
Bu gün şanlı ordumuz öz dövlətinin suverenliyi və ərazi bütövlüyü uğrunda əsl qəhrəmanlıq və dəyanət nümayiş etdirərək başda Azərbaycan Respublikasının Prezidenti , Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev olmaqla 44 gün ərzində düşməni sonadək işğal olunmuş ərazilərdən qovdu,Qarabağı,,xüsusən də xalqimızın ləyaqət və qürur simvolu Şuşanı azad etdi, beləliklə sülhə və təhlükəsizliyə əvəzsiz töhfə verdi.
Xocalı bu gün azaddır. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük vətən müharibəsindən sonra və bu günlər Qarabağ iqtisadi rayonu ərazisində aparılan 1 günlük lokal antiterror tədbirlərindən sonra azad edilmiş ərazilərə Böyük Qayıdış üzrə 1- ci Dövlət proqramında Xocalınin da bərpası və azərbaycanlı əhalinin ora dönüş siyasəti tezliklə həyata keçiriləcək.
Ləman Abbasova
Nəsimi rayon Təhsil işçisi
Обнаружили ошибку или мёртвую ссылку?
Выделите проблемный фрагмент мышкой и нажмите CTRL+ENTER.
В появившемся окне опишите проблему и отправьте Администрации ресурса.
Oxşar xəbərlər
Təsisçi və baş redaktor:Eminov Mehman Niftalı oğlu | Tel: (+99499)792 92 88 , (+99477) 606 00 68 , (+99470) 577 95 98
Xüsusi müxbir: Alıyev Kamil Həsən oğluXüsusi müxbir : Piriyev Cavid Medal oğlu