Xeyriyyəçilik fəaliyyəti insanlara məhəbbətdən, bəşəri dəyərlərə hörmətdən doğmalıdır

 Söhbət açacağım insan istər vətənpərvərlik missiyası olsun, istərsə də xeyriyyəçilik, hər iki möfhümü özündə ehtiva edən insandan, əsl vətəndaşdan, hər zaman elinin, obasının təssübünü çəkən Xeyriyyəçi insan, vətənpərvər ziyalı 2 nömrəli Yol Yaşıllaşdırılması və Ekologiya MMC-nin direktoru Nizami Çıraqov digər insanlardan xarakteri ilə fərqlənir...

İnsanlarda ləyaqət, intellekt və mehribanlıq kimi üç vacib keyfiyyəti xüsusi dəyərləndirən vətənpərvər insan Nizami Çıraqov özü həmin uca insani dəyərlərin daşıyıcısı olaraq ölkədə və paytaxtda yüksək reytinqə malikdir.

2 nömrəli Yol Yaşıllaşdırılması və Ekologiya MMC-nin direktoru Nizami Çıraqov öz çoxtərəfli fəaliyyəti ilə üzərinə düşən olduqca mühüm vəzifələrin öhdəsindən məhz böyük məsuliyyəti, prinsipiallığı və iradəsi hesabına layiqincə gəlir.  

2 nömrəli Yol Yaşıllaşdırılması və Ekologiya MMC-nin direktoru Nizami Çıraqov Ulu Öndər Heydər Əliyev siyasi kursunu daima dəstəkləmiş və bu uğurlu siyasətin layiqli davamçısı, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətinə dəstək olmuşdur. Nizami Çıraqov - “Əl tutmaq Əlidən qalıb” atalar məsəlini həmişə sadiq olaraq, fəaliyyəti göstərdiyi dövrdə hər zaman şəhid ailələri, müharibə əlillərinə, aztəminatlı ailələrə maddi və mənəvi dəstəyini əsirgəməmişdi. 

Vətənpərvər ziyalımız Nizami Çıraqov Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının başçılığı ilə başlanan 44 günlük haqq savaşında ordu-xalq, xalq-ordu birliyini əsas tutaraq əsgər və zabitlərimizə yardımlarını göstərmişdir. 

Vətənpərvərlik bir millətin və dövlətin inkişafında və onun qorunmasında mühüm rol oynayan, vətənə bağlılıq və sevgi duyğularını ifadə edən bir anlayışdır. Vətənpərvər insan isə öz vətəninə sadiq, onun inkişafı və müdafiəsi üçün çalışmağa hazır olan, vətənin dəyərlərini və mədəniyyətini qoruyub yaşatmağa çalışan şəxsdir. Bu geniş mövzunu müxtəlif aspektlərdən araşdırmaq mümkündür. 

Vətənpərvərlik, vətənə olan sevgi və sadiqlik hissidir. Bu hiss, insanların öz doğma torpaqlarını qorumaq, inkişaf etdirmək və gələcək nəsillərə daha yaxşı bir mühit buraxmaq istəyindən doğur. Vətənpərvərlik yalnız bir duyğu deyil, eyni zamanda fəaliyyətlərdə də özünü göstərən bir məfhumdur. Nizami Çıraqovda məhz bu amalda olan insanlardandır. 

Son illərdə Azərbaycanda xeyriyyəçilik institutu intensiv şəkildə dirçəlməyə, fəal inkişaf etməyə başlamışdır. Bu isə xeyli dərəcədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının çox böyük səyləri və şəxsi təşəbbüskarlığı sayəsində mümkün olur. Prezident  bu sahədə çoxcəhətli və yorulmaz fəaliyyəti yaxşı məlumdur və təkcə ölkəmizdə deyil, onun hüdudlarından çox-çox uzaqda da geniş ictimai əks-səda doğurmuşdur. Ölkə xaricində vətənpərvər oğullarla bərabər ölkə daxilində də öz xeyriyyəçi əməlləri ilə sadə, aztəminatlı ailələri sevindirə bilmişlər, məhz 2 nömrəli Yol Yaşıllaşdırılması və Ekologiya MMC-nin direktoru Nizami Çıraqov da bu insanlardandır. “Od öz kökü üstə bitər” deyirlər – bəli bu elədir. Araşdırmaçı jurnalist olaraq mən bunu təsdiq edirəm ki, Nizami Çıraqov ehtiyacı olanlara könüllü və təmənnasız kömək etmək kimi keyfiyyətləri mövcuddur.

Belə olan halda, xeyriyyəçilik, təbii ki, əxlaqi baxımdan bütün cəmiyyət tərəfindən bəyənilir, müxtəlif sosial, siyasi və iqtisadi qruplar tərəfindən mənəvi dəstək obyektinə çevrilir.  Mən Nizami Çıraqovun xeyriyyəçiliyin xüsusi “müdrikliyini”, onun cəmiyyət üçün əhəmiyyəti və dəyərini məhz bunda görürəm.

Heç şübhəsiz, sadalanan keyfiyyətlərlə yanaşı, burada 2 mühüm amilin də rolu danılmazdır. Onlardan birincisi, genetika ilə bağlıdırsa, ikincisi, zəngin təcrübə amili ilə əlaqədardır. Müasir genetika elmi sübut edir ki, nəsilli-köklü, böyük elmi və zehni potensiallı ailələrin övladlarının genetik kodun daşıyıcısı olaraq böyük uğurlara imza atma şansı kifayət qədər böyükdür. Münbit şəraitin olacağı təqdirdə həmin övladların valideynlərindən miras qalmış irsi potensialı zənginləşdirərək daha böyük uğurlar əldə etməsi sırf zaman məsələsidir. Məsələyə bu kontekstdə yanaşdıqda xüsusi olaraq qeyd edək ki, hörmətli Nizami Çıraqovun böyük genetik irsin varisidir. 

Xeyirxah işlərlə məşğul olan hər bir vətən oğluna başda 2 nömrəli Yol Yaşıllaşdırılması və Ekologiya MMC-nin direktoru Nizami Çıraqov olmaqla redaksiyamız adından dərin minnətdarlığımızı bildirirk. Qarşıdan gələn hər bir günümüz üçün Azərbaycan dövlətinə və xalqına xoş günlər və firavan həyat arzulayırıq.
Просмотров: 93
Обнаружили ошибку или мёртвую ссылку?

Выделите проблемный фрагмент мышкой и нажмите CTRL+ENTER.
В появившемся окне опишите проблему и отправьте Администрации ресурса.

ДОБАВИТЬ КОММЕНТАРИЙ

Введите код:*
Кликните на изображение чтобы обновить код, если он неразборчив

Təsisçi və baş redaktor:Eminov Mehman Niftalı oğlu | Tel: (+99499)792 92 88 , (+99477) 606 00 68 , (+99470) 577 95 98

Xüsusi müxbir: Alıyev Kamil Həsən oğlu

Xüsusi müxbir : Piriyev Cavid Medal oğlu