2023-cü il Azərbaycanda “Heydər Əliyev İli” elan edilib - SƏRƏNCAM - VİDEO

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Cəlilabad rayon Komitəsinin sədri Nəbi İskəndərov -  Azərbaycanın dövlət müstəqilliyinin bərpası xalqımızın ən ülvi arzusunun reallaşması idi. Ancaq o dövrki hakimiyyətin yarıtmaz faliyyəti və Ermənistanın xarici qüvvələrin dəsdəyi ilə Azərbaycana hərbi təcavüzü əldə edilmiş dövlət müstəqilliyimizi sual altına almışdır. Belə bir çətin dövürdə xalqımızın Ümummillli Lideri Heydər Əliyev xalqımızın təkidli tələbi və çoxsaylı müraciətlərini nəzərə alaraq, Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdmağa razılıq verdi və siyasi hakimiyyətə qayıtdıqdan sonra qısa müddətdə Respubilkada mövcud olan hərcmərcliyi aradan qaldırdı, ictimai-siyasi sabitliyi təmin etdi, ayrı-ayrı siyasi qüvvələrə xidmət edən başıpozuq silahlı dəstələri ləğv edərək, vahid komandanlığa tabe olan nizami ordu formalaşdırdı və Ermənistanın silahlı qüvvələrinə döyüş meydanında tutarlı zərbələr endirməklə atəşkəsə razılıq vermələrinə məcbur edə bildi. Kənar qüvvələrin güclü təzyiqlərinə baxmayaraq Azərbaycanın inkişafını təmin etmək məqsədilə 20 sentyabr 1994-cü ildə  Böyük  Neft Kontraktının imzalanmasına nail ola bildi.
Ulu Öndər Heydər Əliyev olduqca mürəkkəb şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq fitri qabiliyyəti, böyük dövlətçilik təcrübəsinə əsaslanaraq müasir dünyaya inteqrasiya edə biləcək Azərbaycanın müstəqil dövlət olaraq modelini müyyənləşdirdi. Eyni zamanda müasir dünyanın qəbul edə biləcəyi qanunvericilik bazasını formalaşdırmaq istiqamətində qətiyyətli qərarlar qəbul etdi. Müstəqil Azərbaycanın qanunvericiliyinin əsasını təşkil edən “ana qanun” adlandırılan Konstitusiyanın qəbul edilməsi üçün mühüm addımlar atdı. Ulu Öndər Heydər Əliyevin məqsədi bu idi ki, bütün sahələrdə münasibətləri tənzimləyən, dövlət idarəetmə sistemindən tutmuş beynəlxalq münasibətlərin əsaslarını özündə ehtiva edən bir Konstitusiya layihəsi hazırlansın və xalqın müzakirəsinə çıxarılaraq qəbul edilsin. Bunun üçün isə hüquq sisteminin müxtəlif sahələri üzrə yüksək peşakarların təmsil olunduğu xüsusi komissiyanın yaradılmasına ehtiyac var idi. Yuxarıda qeyd olunanları nəzərə alaraq Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin ilk Konstitusiyanın layihəsinin hazırlanması məqsədi ilə özünü sədri olduğu xüsusi  komissiyanın yaradılması haqqında Sərəncam imzaladı və bu komissiya mütamadi toplaşaraq Konstitusiya layihəsini müzakirə etdi və mükəməl bir sənəd kimi xalqın müzakirəsinə çıxardı. 12 noyabr 1995-ci il tarixində keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə Azərbaycan Respubilkasının müstəqil dövlət olaraq ilk Konstitusiyası qəbul edildi.
Просмотров: 153
Обнаружили ошибку или мёртвую ссылку?

Выделите проблемный фрагмент мышкой и нажмите CTRL+ENTER.
В появившемся окне опишите проблему и отправьте Администрации ресурса.

ДОБАВИТЬ КОММЕНТАРИЙ

Введите код:*
Кликните на изображение чтобы обновить код, если он неразборчив

Təsisçi və baş redaktor:Eminov Mehman Niftalı oğlu | Tel: (+99499)792 92 88 , (+99477) 606 00 68 , (+99470) 577 95 98

Xüsusi müxbir: Alıyev Kamil Həsən oğlu

Xüsusi müxbir : Piriyev Cavid Medal oğlu