“Fransa Prezidenti Emmanuel Makronun son açıqlamaları bir daha bu ölkənin Azərbaycana qarşı qərəzli mövqedən çıxış etdiyini göstərir”.
Bunu “Report”a açıqlamasında Milli Məclisin Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov Fransa Prezidenti Emmanuel Makronun Qarabağın erməni sakinlərinin hüquqlarının pozulduğuna dair iddialarına münasibət bildirərkən söyləyib.

Onun sözlərinə görə, Azərbaycanın Qarabağ iqtisadi rayonunda həyata keçirilən antiterror tədbirləri zamanı beynəlxalq humanitar hüququn bütün tələblərinə tam şəkildə riayət edilib:
“Ona görə də Azərbaycan dövləti Qarabağın erməni sakinlərinin təhlükəsizliyinin və rifahının təmin olunması üçün bütün zəruri addımları atmağa hazır olduğunu dəfələrlə bəyan edib”.
Qarabağın erməni sakinlərinin nümayəndələri ilə görüşlərin keçirildiyini xatırladan deputat vurğulayıb ki, bölgədə enerji təchizatının bərpa edilməsi, eləcə də ehtiyacı olan sakinlərə tibbi və digər xidmətlərin göstərilməsi istiqamətində müvafiq dövlət qurumları tərəfindən addımlar atılır.
S.Məmmədov vurğulayıb ki, eyni zamanda, təhlükəsizliklə bağlı tədbirlər həyata keçirilir:
“Ermənistanın baş naziri Nikol Paşinyan da öz çıxışında Qarabağın erməni sakinləri üçün təhlükənin olmadığını qeyd etmişdi. Belə olan halda Fransa prezidentinin tamamilə əsassız, heç bir real fakta istinad etməyən açıqlama verməsi təəssüf doğurur. Əlcəzairdə, Tunisdə, Mərakeşdə və digər ölkələrdə yerli xalqlara qarşı kütləvi qətllər törətmiş bir ölkənin rəhbərinin Azərbaycana qarşı bu cür iddialarla çıxış etməsi yolverilməzdir. Xüsusilə də ona görə ki, bizim ölkəmiz hər zaman multikulturalizm və tolerantlıq ənənələri ilə dünyada tanınıb”.

İşçi qrupunun rəhbəri bildirib ki, Ermənistanın ərazi bütövlüyü məsələsində ölkəsinin çox diqqətli olduğunu bildirən Fransa prezidenti Azərbaycan ərazilərinin işğal altında qaldığı dövrdə eyni mövqedən çıxış etməyib. Bu da bir daha onu göstərir ki, Fransa öz xarici siyasətində beynəlxalq hüququn prinsiplərinə deyil, daha çox ikili standartlara istinad edir:
“Azərbaycan tarixdə heç vaxt heç bir xalqa qarşı etnik ayrı-seçkiliyə yol verməyib. Bu gün də Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlər üçün heç bir təzyiq, təhdid yoxdur və ola da bilməz. Biz bu insanların Azərbaycanda yaşamasında heç bir problem görmürük və reinteqrasiya təşəbbüsünün əsas məqsədi də elə bundan ibarətdir ki, Qarabağın erməni sakinləri Azərbaycanda rahat və təhlükəsiz şəraitdə yaşaya biləcəklərinə əmin olsunlar. Azərbaycan dövləti Qarabağın erməni sakinlərinə indiyə qədər yaşadıqları şərtlərdən daha üstün və daha yaxşı şərait təklif edir. Ona görə də üçüncü dövlətlərin “narahatlığı” və ya müdaxiləsinə ehtiyac yoxdur. Bu, Azərbaycanın daxili məsələsidir və bizim bütün problemləri öz vətəndaşlarının mənafeyinə uyğun ən yaxşı formada həll etmək imkanına malik güclü dövlətimiz var”.

Просмотров: 261
Обнаружили ошибку или мёртвую ссылку?

Выделите проблемный фрагмент мышкой и нажмите CTRL+ENTER.
В появившемся окне опишите проблему и отправьте Администрации ресурса.

ДОБАВИТЬ КОММЕНТАРИЙ

Введите код:*
Кликните на изображение чтобы обновить код, если он неразборчив

Təsisçi və baş redaktor:Eminov Mehman Niftalı oğlu | Tel: (+99499)792 92 88 , (+99477) 606 00 68 , (+99470) 577 95 98

Xüsusi müxbir: Alıyev Kamil Həsən oğlu

Xüsusi müxbir : Piriyev Cavid Medal oğlu