Babək prospektində kafedə insan alveri ilə məşğul olur? – ULDUZ: Mən heç kimdən qorxmuram deyir?

Babək prospektindəki kafe yeməkxanadı, yoxsa fahişəxana?
Redaksiyamıza mənbədən daxil olan məlumata əsasən Bakının mərkəzində Babək prospektində yerləşən kafeni Ulduz adlı şəxs işlətdiyini bildik. Azərbaycanlıya xas olmayan, milli mentalitetimizə zidd olan hərəkətlərlə, yəni qadın alveri ilə məşğul olmağının şahidi olduq. Bu adam aldığımız məlumata görə bir neçə bu cür kafe adı altında əxlaqsız yuvası işlədir. Hüquq-mühafizə orqanları buna niyə göz yumurlar? Bu qadına himayədarlıq edən şəxs kimdir?  
Bu məkan insanların intensiv hərəkət etdiyi yerdə yerləşir. QİÇS və Pandemiya dövründə Ulduz adlı şəxs işlətdiyi obyektləri xəstəliklər mənbəyinə çevirib. İlk əvvəl bu yerdə fəaliyyət göstərən insanlardan müsahibə aldım. Bildirdilər ki, adıçəkilən kafe hamını boğaza yığıb. Vəziyyət o həddə çatıb ki, küçədə və sair yerlərdə əxlaqsızlarla üzbəüz gəlirlər: Artıq rüsvay olduqlarını bildirirlər. Adı çəkilən kafenin yanından belə keçə bilmirlər, əxlaqsız hərəkətlərlə məşğul olurlar. 
Xətai Rayon Polis İdarəsi bu kafe haqqında niyə ölçü götürmür?  
Babək prospektində fəaliyyət göstərən sahibkarlar deyirlər ki, bu biabırçılıqla bağlı dəfələrlə hüquq-mühafizə orqanlarına müraciət etsələr də, səslərinə səs verən yoxdur. Heç kim bu məsələyə müdaxilə edib bu biabırçılığı aradan qaldıra bilmir. Çox qəribədir polis bu məkana gəlsə də amma neqativ hallar, əxlaqsızlıq hələ də davam edir. Belə aydın olur ki, polis “haqq” alıb bu kafeyə fahişəlik üçün şərait yaradır.  Hüquq-mühafizə orqanları bildirirlər ki,  ölkə başçısının tapşırığı var, sahibkarlığa mane olmayaq. Ulduz adında bu kafeni işlədən şəxs sahibkarlıqla məşğuldular deyirlər, biz girişə bilmirik. Bu biabırçı cavab Azərbaycan polis məmuruna yaraşmayan cavabdır. Deməli, sahibkarlıq adı ilə məşğul olan Ulduz qız satıb, əxlaqsızlıq edəcək, millət də buna göz yumacaq. 
Vətəndaşlar redaksiyamız vasitəsi ilə Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinə müraciət edib bildirirlər ki, bu kafe barəsində ciddi ölçü götürüb, insan alverinin qarşısı alınsın.  
Kafenin işlədən Ulduz heç kimdən və heç nədən qorxmadığını deyir. 
Ulduza bildirmək istəyirik ki, qanuni dövlətdə yaşayırıq. Qanun hər kəsdən üstündür. 

Əks tərəfin mövqeyini dərc etməyə hazırıq.

P.S. Daha şok faktlarla video sujetlərimizlə sizi bir azdan tanış edəcəyik. 
Bizi izləyin…
Просмотров: 196
Обнаружили ошибку или мёртвую ссылку?

Выделите проблемный фрагмент мышкой и нажмите CTRL+ENTER.
В появившемся окне опишите проблему и отправьте Администрации ресурса.

ДОБАВИТЬ КОММЕНТАРИЙ

Введите код:*
Кликните на изображение чтобы обновить код, если он неразборчив

Təsisçi və baş redaktor:Eminov Mehman Niftalı oğlu | Tel: (+99499)792 92 88 , (+99477) 606 00 68 , (+99470) 577 95 98

Xüsusi müxbir: Alıyev Kamil Həsən oğlu

Xüsusi müxbir : Piriyev Cavid Medal oğlu