Kərim Tahirov: Dünyanın diqqəti Azərbaycanda

M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov - Dünyəvi proseslər dünya dövlətlərinin qarşılıqlı münasibətləri ilə tənzimlənir. Bu müna­si­bət­lər sülhlə, əmin-amanlıqla nizamlanır. Daha doğrusu, buna böyük səylər göstərilir. Bütün döv­lət­lərin xarici siyasəti bu ülgü ilə uzlaşırmı? Yox, uzlaşmır. Uzlaşsaydı, dünyada nə müna­qi­şələr olardı, nə də müharibələr. Onda sülh, əmin-amanlıq dünyanın ən böyk problem­lə­rindən biri, birin­ci­sidir. Azərbaycan tolerant, bəşəri dövlət olaraq həmişə münaqişəsiz, müharibəsiz dünyanın tərəf­da­rı olub, xarici siyasəti bu tezislə müəyyənləşib...
Mayın 1-də “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədə­niy­yətlərarası Dialoq Forumu da bu niyyətin ifadəsi kimi tarixləşdi. Forumda Azərbaycan da təmsil olunurdu.
 Azərbycan Respublikasının Prezidenti İlham Əliyev 110 ölkənin nümayəndəsinin iştirak etdiyi Forumun açılış mərasimində çıxış etdi. Qeyd edildi ki, “Bakı Prosesi” mə­də­niy­yət­lərarası dialoqun dönməzliyinə xidmət edir, Azərbaycanın təşəbbüsü ilə ziyalılar, siyasət­çilər, qə­rar qəbul edənlər, media nümayəndələri, vətəndaş cəmiyyətinin nümayəndələri, vətəndaş cəmiy­yəti eyni düşüncə ətrafında fikir mübadiləsi naminə bir araya gətirilib. Təşəbbüs nə zaman nəticə verir? – tərəflər eyni məqsədin cəfakeşi olanda, eyni niyyət hamısının ideoloji xəttini təşkil edəndə. Azər­baycan Respublikasının Prezidenti cənab İlham Əliyev bildirdi:  “Dünyada əfsuslar olsun ki, yeni münaqişələri, yeni qeyri-sabitlik məkanlarını və yeni təhdidləri görürük. Məsələlərin həllində Azərbaycanın öz təcrübəsi var”.
Azərbaycan olduqca əlverişli coğrafi məkanda yerləşir. Bu baxımdan onun zaman-zaman miq­yaslı qayğıları da olub, iri münaqişələri də, bəzən müharibəyə də cəlb olunub. Bu, müxtəlif mə­dəniyyətlərin hərdən qovuşmasına, hərdən qarşılaşmasına vasitə olub. Bu isə müxtəlif dövrlər­də müxtəlif münasibətlərin yaranmasına, inkişfına səbəb olub. Forumda Azərbaycan Res­pub­likasının Prezidenti cənab İlham Əliyev bu amilə əsaslanaraq dedi: “Əsrlər boyu Azərbay­can mədəniyyətlərin qovuşduğu məkan olub. Bizim coğrafi mövqeyimiz, Şərq ilə Qərb arasında yerləşməyimiz bu tendensiyaya imkan yaradıb. Çoxmədə­niy­yətli və böyük etnik müxtəlifliyə malik olan Azərbaycan cəmiyyəti əsrlər boyu ən mühüm dəyər­ləri - tolerantlığı, qarşılıqlı hörməti, dostluq və tərəfdaşlıq kimi dəyərləri qoruyub”.
Ermənistan Azərbaycanın ərazisinin 20 faizini işğal etmişdi. Beynəlxalq təşkilatların qərar­larına məhəl qoymayan işğalçı dövlət bilirdi ki, işğala son qoyulmasa, regionda sülh yarana bil­məyəcək. Azərbaycanın ordu hissələri 2020-ci il sentyabrın 27-də işğalçı dövlətin irimiqyaslı hü­cu­munun qarşısını aldı, Ali Baş Komandanın döyüş əmri ilə əks-hücuma keçdi. Bu, İkinci Qarabağ müharibəsinin başlanğıcı oldu. Ordumuz düşmənin müdafiə sədlərini dağıda-dağıda dö­yüşdü, döyüşə-döyüşə qələbələr qazandı. Noyabrın 8-də Şuşa işğaldan azad edildi, Vətən mühari­bəsi noyabrın 10-da başa çatdı. 2023-cü ilin 20 sentybrında Azərbaycanın ərazi bütövlüyü tam təmin olundu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bunu xatırladaraq dedi: “Azər­baycan sülhü müharibə vasitəsilə təmin etdi. Azərbaycanın torpaqları 30 il ərzində işğal altında olub. Bizim beynəlxalq səviyyədə tanınmış ərazimizin 20 faizi müstəqilliyin ilk illərindən 2020-ci ilədək işğal altında qalıb və bir milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkün olub, biz etnik təmizləməyə məruz qalmışıq”. Bu fikir zaman anlamında dünən­lərlə bağlı olsa da bu günümüzlə də səsləşir. Ermənistanı silahlandırmağa həvəsiyən dövlətlər bunu unutmamalıdır: Qətiyyət, vətənsevərlik işğalı həmişə məğlub edib. Ölkə başçımız da Forumda çıxışında məhz bu tarixi gerçəkliyə istinad edib...
Azərbaycan dünyanın  elə dövlətlərindəndir ki, bu dövlət tolerantlığı ilə, bəşəriliyi ilə, dün­yəvi mədəniyyət nümunələri ilə, zəngin təbiəti ilə tanınır. Bu tanınma təkcə ehtiram yaratmır, hərdən məqsədyönlü münasibətin də başlanğıcı olur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi, “Bəzi insanlar bizim bölgəyə öz fərdi, siyasi və iqtisadi ma­raqları naminə müdaxilə etmək istəyirlər. Onlar həmin alova yenidən odun atmaq istəyirlər. Biz Cənubi Qafqazda buna icazə verməyəcəyik. Otuzillik toqquşmadan sonra Ermənistan da aydın şəkildə anlayır ki, biz Cənubi Qafqazda sülh istəyirik və sülh bu bölgədə yalnız Azərbaycanla Ermənistan arasında normallaşma vasitəsilə həll oluna bilər”.
“Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniy­yət­lə­rarası Dialoq Forumu dünyada sülhün bərqərar olması istiqamətində mühüm əhəmiyyətə malik olacaq...
Просмотров: 176
Обнаружили ошибку или мёртвую ссылку?

Выделите проблемный фрагмент мышкой и нажмите CTRL+ENTER.
В появившемся окне опишите проблему и отправьте Администрации ресурса.

ДОБАВИТЬ КОММЕНТАРИЙ

Введите код:*
Кликните на изображение чтобы обновить код, если он неразборчив

Təsisçi və baş redaktor:Eminov Mehman Niftalı oğlu | Tel: (+99499)792 92 88 , (+99477) 606 00 68 , (+99470) 577 95 98

Xüsusi müxbir: Alıyev Kamil Həsən oğlu

Xüsusi müxbir : Piriyev Cavid Medal oğlu