Təhsil hər bir dövlətin,ölkənin,cəmiyyətin həyatının fəaliyyətinin mühüm bir sahəsidir.Cəmiyyət təhsilsiz inkişaf edə bilməz.(Ümummilli Lider Heydər Əliyev).

İnsan təhsilinin əsasını orta məktəbdə alır.Əgər onun fundamental köklü orta təhsili varsa,o cəmiyyətdə özünə yer tapacaq,çalışacaq cəmiyyətimizin şüurlu üzvü olacaqdır.(Ümummilli Lider Heydər Əliyev.)

 Son günlərdə Azərbaycanımızın gözəl guşələrindən biri Çinarlı Göyçay rayonumuzda yerləşən, körpə fidan övladlarımızın ikinci evi olan ,Görkəmli şairimiz Nizami Gəncəvi adına 7 saylı tam orta məktəbdə nizam intizamın aşağı səviyyədə olmağı ilə bağlı sizlərə yazıb iradımı bildirməyi, bir vətandaş olaraq özümə borc bildim.Əziz oxucula təəsüf hisləri keçirdərək bildirirəmki 7 saylı tam orta məktəbdə öz şərəfli peşəsini layiqincə yerina yetirə bilməyən bəzi müəllimlər tərəfindən mütəmadi olaraq təlim-tərbiyə halları pozulur, övladlarımız yüksək təziqa məruz qalır, məktəbdə antisanitar vəziyətin olmağı, psixoloji gərginliyi olan müəllimlərin, valideyinlərlə kobud rəftarı nalayiq təhqirləri təəsüflər olsunki bizləri dərindən çox sarsdı.(Təhsil cəmiyyətin sütunudur.) Məktəbin iki hektara yaxın olan erazisində təbiətimizə həyat verən ağaclar kəsilir. Dövlətimiz tərəfindən elm təhsil ocaqlarına ayrılmış ləvazimatlar hansısa dırnaqarası texniki işçi qüvvələri tərəfindən mənimsənilərək talan edilir.

Biz bir valideyin kimi övladlarımzın təhsili ilə maraqlana bilmirik. Hər bir valideyinin müstəsna haqqıdırki  dərs kecirilən vaxtı övladının sinifində əyləşib keçirilən dərsliyi dinləyə bilər. Əfsuslar olsun ki, Göyçay rayonu 7 saylı tam orta məktəbdə, məktəb girişində sanki stasional postlar qurulub, içəri daxil olmaq istəyəndə valideyinlər bəzi psixoloji durumu gərgin olan müəllimlər tərəfindən, qeyri etik nəlayiq təhqirlərlə, yüksək təziqə məruz qalaraq geriyə qaytarılırır.

7 saylı tam orta məktəbdə direktor vəzifəsinə namizəd olmadığına görə, direktor vəzifəsini təsərufat işləri üzrə direktor müavini əvəz edir. Müstəqil Respublikamızda, sivil cəmiyyətimizdə, övladlarımızı savadlı,elmli,ali təhsilli,vətənpərvər ruhunda,xalqına,millətinə,dövlətinə,Ali Baş Komandanımızın apardığı siyasətinə sadiq bir vətandaş kimi yetişdirib böyütməyimizə, müqəddəs müəllim adına kölgə və nifaq halı yaradan müəllimlər tərəfindən biz valideyinlərə təziq göstərilirsə, valideyinlər övladlarının gözləri önündə təhqir və təhdid edilirsə, əfsuslar olsunki 7 saylı tam orta məktəbdə təhsilin gözü kordur. Mən jurnalist olaraq öz qarşıma çıxan reallıqları oxuculara catdırmagı özümə borc bildim. Mən bir vətandaş kimi Möhtərəm Prezidentimizin apardığı siyasətə güvənərək, ölkəmizin şəffaf Qanunlarının aliliyinə arxalanaraq, inanıram ki, bu məsələ tez bir zamanda öz həllini tapacaq.

Kamil Alıyev,
PLANET.COM.az-n müxbiri.






Просмотров: 335
Обнаружили ошибку или мёртвую ссылку?

Выделите проблемный фрагмент мышкой и нажмите CTRL+ENTER.
В появившемся окне опишите проблему и отправьте Администрации ресурса.

  • X

    Deyesen bekar jurnalistsiz...Şəkildən göründüyü kimi yığılmış şkaflar təzə gəlib, otaqlara daşınacaq şəkildə bu bir...İkincisi sanitariya qalanda ... hər dəfə təmizlənir , bu qədər fidanların təhsil aldığı ocaadır, uşağa,başa salmaq olmur ki, əlinə keçəni at arxa.Hər dəfəsində bu arxlar təmizlənir, mümkünsə sanitar vəziyyətdə olanda deyil, təmiz olanda çəkin.Mən bir valideyn kimi sizin bu mənasız,yazını heç bəyənmədim, çünki sizin uşağa təhsil verilirsə bu məktəbdə, bəyənmirsinizsə yol açıqdır.Siz bu məktəbi nədən və kimdən ötrü işıqlandırırsız.Vallah adam utanıre boş-boş yazılara..Özümə borc bilib cavab yazıram.Mən də bir anayam, valudeynəm.Uşağım bu məktəbin şagirdidi.Məqsədiniz nədir bilmirəm, amma belə cılız yazılarla gündəmdə olmayın

  • X

    "Hörmətli" jurnalist, yazdığınız məqalədən görünür ki, xüsusi sifarişlə yazılıb. Valideyn olaraq mənə maraqlıdır ki, Siz öz yazdıqlarınıza inanırsınız?! Şəhər ərazisində olan arxın çirklənməsinə nə vaxtdan məktəb cavabdehlik daşıyır?! Fidan balalar hər biri bir ailədən gəlir, məncə, valideyn olaraq bizim borcumuzdur ki, övladlarımıza ətraf mühüti çirkləndirməməyi aşılayaq. Yəni müəllimləri, təhsil işçilərini günahlandırmazdan əvvəl səhvi özümüzdə axtaraq. Müəllim adını uca tutmaq da biz və siz valideynlərin əlindədir. Son olaraq onu da qeyd edim ki, jurnalist olaraq yazdığınız məqalələrdə maksimum dərəcədə obyektiv olmağa çalışın,çünki övladınız həyatı dərk edəndə Sizin yazdıqlarınızdan utanmayasan!

  • ДОБАВИТЬ КОММЕНТАРИЙ

    Введите код:*
    Кликните на изображение чтобы обновить код, если он неразборчив

    Təsisçi və baş redaktor:Eminov Mehman Niftalı oğlu | Tel: (+99499)792 92 88 , (+99477) 606 00 68 , (+99470) 577 95 98

    Xüsusi müxbir: Alıyev Kamil Həsən oğlu

    Xüsusi müxbir : Piriyev Cavid Medal oğlu