Şər və Böhtan yazanlara tutarlı cavab - Jurnalistlərin ağlına nə gəldi onu da qələmi ələ alır - Daxil Kərimov - ÖZƏL


YAXŞILARA YAXŞI DEYƏK: Vətəni, dövləti və xalqı üçün tər tökən əqidə adamı. 21 saylı Xüsusi notariatu Daxil Kərimovun bizim müdafiəmizə ehtiyacı yoxdur. Sadəcə, Daxil Kərimovun barəsində şər və böhtan xarakterli yazıları dərc edən sayt rəhbərlərinə xatırlatmaq istəyirik ki, bizlərə məlumdur ki, bu cızma-qaraları kimlər nə məqsədlə yazdırır. Xüsusi notarius Daxil Kərimovun hakimlik iddiası və digər əməlləri..başlıqlı yazı yazaraq, gözdən salmağa çalışırlar. Ancaq bu dərəcədə olmaz. Ziyalı olan bir insana qarşı bələ münasibət yolverilməzdir. Unutmayın, bu davranışlar ictimaiyyət tərəfindən ikrahla qarşılanır. Əslində bu yazılarda həqiqət yükü olmadığına görə hec ona reaksiya verən də olmur. İnsanlar belə yazılara dodaq büzür və sifariş adlandırırlar.

"Bakıda, Hacıqabulda mülklərim, Cəlilabadda torpaq sahələrim yoxdur.
Notarius müdiri olmaq, milyonçu olmaq anlamına gəlmir. Hamı kimi, mən də normal həyatımı yaşayıram, özümə aid qayğılarla məşğulam. Hansı dövrdür, insanlardan nəsə istəyəsən və yaxud onlar notarius müdirinə nəsə versinlər. Vətəndaş hansısa sənəd rəsmiləşdirilməsi zamanı dövlət rüsumunu ödəyir, vəssalam."

Ölkədə baş verənləri davamlı olaraq doğru-dürüst araşdırıb ictimaiyyəti dolğun məlumatlandıran KİV-lərin sayı günbəgün azalmaqdadır. Əslində özünü qərəzsiz hesab edən kiv istənilən situasiyada onu izləyənləri heyrətləndirməyi bacarmalıdır. Müasir jurnalistika texniki imkanlardan yararlanmaqla ən gizli saxlanılmış mövzuları cəmiyyətin üzünə açmaq iqtidarında olmalıdır. İctimaiyyətə təqdim olunan istənilən mövzu səmimi və qərəzsiz olmalıdır. Ancaq çox təəssüf ki, günümüzdə özünə əziyyət vermədən, heç bir araşdırma filan aparmadan, qeyri ciddi yazılar dərc edib, özünü cəmiyyətə operativ və qərəzsiz medya nümayəndəsi kimi sırımaq istəyənlər var.

Bütün bu gülünc hücumlarda, qərəzli yazılarda “kənar əl”, “şeytan barmağı”, “xüsusi maraq” dərhal hiss olunur. Diqqət yetirdikdə yazılanların lətifə, qurama, şişirdilmiş olduğu tamamilə aydın olur. Burada akademik olmağa ehtiyac yoxdur. Hər şey gün kimi aydındır. Yaxşı əgər obyektivlikdən söhbət gedirsə onda nədən əyriyə düz, düzə əyri deyilir? Əgər dəqiq qərəzsiz jurnalistikadan söhbət gedirsə,onda harda qaldı bu qərəzsizlik? Bu yazılanların qərəzlə ortaya çıxdığını kimsə də bilməsə şəxsən redaksiya olaraq biz bilirik. Onu da bildirək ki, uzun müddətdir xarab olmuş qramafon kimi eyni mövzunu təkrarlayan media orqanları isə hələ də bu şəxsin adından istifadə edirlər. Halbu ki, həmin çeynənmiş yazılarda göstərilən məlumatlar, 21 saylı Xüsusi notariatu Daxil Kərimov haqqında iftira və böhtanlarla bağlı məsələ tam araşdırılmış və nəticədə deyilənlərin təsdiqini tapmaması bəlli olmuşdur.

Notarius müdiri saxta etibarnamələr verilməsi, saxta alqı-satqı müqavilələri tərtib edilməsi, saxta imzaların tanınması, bir sözlə, sənəd saxtalaşdırılması iddialarına da münasibət bildirib: "Mən də sizə deyirəm ki, yazılanların hamısı yalan məlumatlardır. Hansı zamandır, məgər sənəd saxtalaşdırmağın hüquqi məsuliyyətini bir hüquqşünas kimi bilmirəm. Hüquq elmindən də xəbərim yoxdur, bunu məndən haqsız yerdən tənqid yazanlar bilir, mən yox. Eləcə də, saxta işlərlə məşğulammış, nəyi necə etməyi bilmirəmmiş? Ümumiyyətlə, haqqımda yazılan tənqidi fikirə münasibət bildirmək istəmirdim, məni danışdırmağı bacardınız. Çünki, hər hansı bir narahatçılığım yoxdur, ona görə də yazılanlardan ehtiyatlanmıram. Son olaraq bildirim ki, çalışıram bir notarius müdiri kimi davranışlarımla, yanaşmamla tabe qurumların etimadını doğruldum, rəhbərlik etdiyim notarius isə ən nümunəvi kontorlardan biridir ", -deyə Daxil Kərimov bildirib.

Bəli, Azərbaycan jurnalistikasında analogiyalardan istifadə etmək kimi uğursuz bir təcrübə yayılmaqdadır. Məsələn, hansısa bir vəzifə sahibi qanunsuzluğa rəvac verdiyinə görə ciddi tənqid olunursa, vəzifədən alınırsa, kütləvi informasiya vasitələri düşürlər həmin şəxsin eyni vəzifəni daşıyan həmkarlarının üstünə, başlayırlar oxşar nöqsanlar axtarmağa. Rast gəldikləri çatışmazlıq hallarını da “şişirdib” az qala ağır cinayət kimi təqdim edirlər. 21 saylı Xüsusi notariatu Daxil Kərimovun haqqında şər və böhtan xarakterli yazıları dərc edən sayt rəhbərlərinə üzümüzü tutub deyirik ki, bizlərə məlumdur ki, bu cızma-qaraları kimlər nə məqsədlə yazdırır. Ancaq bu dərəcədə olmaz. Ziyali olan bir insana qarşı bələ münasibət yolverilməzdir. Unutmayın, bu davranışlar ictimaiyyət tərəfindən ikrahla qarşılanır. Real olan budur ki, 21 saylı Xüsusi notariatu Daxil Kərimov ictimaiyyət tərəfindən sevilir, hörmətlə qəbul edilir. Çünki o, bu vəzifəyə təsadüfi gəlməyib. Çünki o, oliqarx deyil və ömrü boyu hansısa post uğrunda mübarizə aparmayıb. Mübarizə apardığı bir sahə olub, o da ona tapşırılan vəzifədir ki, bu sahədə də həmişə üzüagdır. Baxın ədalətli mövqe budur. Ədalətli mövqe insana onun üçün sərf etdi-etmədi deyil, real olanı danışmaqdır. Ədalətsizlik cəmiyyətdə ölüm virusu tək təhlükəlidir, imkan vərərsiniz ənənəvi hal alar. Gələcək nəsillər naminə cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın.

Просмотров: 45
Обнаружили ошибку или мёртвую ссылку?

Выделите проблемный фрагмент мышкой и нажмите CTRL+ENTER.
В появившемся окне опишите проблему и отправьте Администрации ресурса.

ДОБАВИТЬ КОММЕНТАРИЙ

Введите код:*
Кликните на изображение чтобы обновить код, если он неразборчив

Təsisçi və baş redaktor:Eminov Mehman Niftalı oğlu | Tel: (+99499)792 92 88 , (+99477) 606 00 68 , (+99470) 577 95 98

Xüsusi müxbir: Alıyev Kamil Həsən oğlu

Xüsusi müxbir : Piriyev Cavid Medal oğlu