siz-bizim-usaqlarimiza-komek-edirsiniz


Azərbaycan və Ukrayna arasında münasibətlər tarix boyu dostluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanmışdır. Hər iki ölkə keçmiş Sovet İttifaqı məkanında yerləşdiyi üçün oxşar inkişaf mərhələlərindən keçərək, müstəqillik əldə etdikdən sonra isə beynəlxalq münasibətlər sistemində öz mövqelərini gücləndirməyə çalışmışdır.
Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycana səfəri iki ölkə arasında münasibətlərin dinamik inkişafının göstəricisidir. Qəbələdə keçirilən görüşlərdə bir daha bu səfərin siyasi, iqtisadi və strateji əhəmiyyəti dövlət başçıları tərəfindən vurğulandı.
Prezident Zelenskinin ölkəmizə bu səfəri siyasi baxımdan mühüm mesajlar daşıyır. Müasir dövrdə Ukraynanın üzləşdiyi təhlükəsizlik məsələləri fonunda Azərbaycan kimi strateji tərəfdaşla əlaqələrin gücləndirilməsi Ukrayna üçün prioritet istiqamətlərdən biridir. Həmçinin, Azərbaycan da öz növbəsində beynəlxalq hüququn norma və prinsiplərinin qorunmasına daim dəstək verdiyini nümayiş etdirir. Bu çərçivədə iki ölkə arasında qarşılıqlı siyasi dəstək və diplomatik həmrəylik xüsusi vurğulanır.
Səfər çərçivəsində Azərbaycan və Ukrayna dövlət başçıları mətbuata birgə bəyanatla çıxış etdilər. Ölkə başçısı cənab İlham Əliyev çıxışında vurğuladı ki, dövlət başçıları arasında görüşlər son dövlərdə müntəzəm xarakter alıb. Son dörd ildə yeddi dəfə keçirilən görüşlər, o cümlədən beynəlxalq platformalarda baş tutan təmaslar iki ölkə arasında yüksək səviyyəli dialoqun davamlı olduğunu göstərir.
Səfər çərçivəsində müzakirə olunan əsas istiqamətlər iqtisadi və energetika sahəsində əməkdaşlıq, ticarət əlaqələrinin inkişafı, hərbi texniki əməkdaşlıq olub.
Просмотров: 4
Обнаружили ошибку или мёртвую ссылку?

Выделите проблемный фрагмент мышкой и нажмите CTRL+ENTER.
В появившемся окне опишите проблему и отправьте Администрации ресурса.

ДОБАВИТЬ КОММЕНТАРИЙ

Введите код:*
Кликните на изображение чтобы обновить код, если он неразборчив

Təsisçi və baş redaktor:Eminov Mehman Niftalı oğlu | Tel: (+99499)792 92 88 , (+99477) 606 00 68 , (+99470) 577 95 98

Xüsusi müxbir: Alıyev Kamil Həsən oğlu