ilham-eliyev-ve-andrey-babis-metbuata-beyanatlarla-cixis-etdiler


Çex Respublikası (31 dekabr 1992-ci ilədək Çexoslovakiya) Azərbaycan Respublikasının müstəqilliyini 8 yanvar 1992-ci ildə tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər 27 yanvar 1993-cü ildə qurulmuşdur. 15 sentyabr 2015-ci il tarixində Bakı şəhərində “Azərbaycan Respublikası və Çex Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə” imzalanmışdır. Azərbaycan Çex Respublikası ilə münasibətlərin inkişafına xüsusi əhəmiyyət verir və iki ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi və humanitar sahələri əhatə edir.
27 aprel 2026-cı il tarixdə Çex Respublikasının Baş naziri cənab Andrey Babişin Azərbaycana səfəri zamanı Qəbələdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə birgə mətbuata bəyanatlarla çıxış etmişlər.
Dövlətimizin başçısı cənab İlham Əliyev çıxışında qeyd etmişdir ki, bu görüş tərəflər arasında ilk təmas olmaqla yanaşı, olduqca məhsuldar keçmiş, regional, ikitərəfli və qlobal məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır. Dövlət başçısı Çex Respublikasının Baş nazirini Azərbaycana rəsmi səfərə dəvət etdiyini xatırladaraq, bu səfərin iki ölkə arasında münasibətlərin dinamik inkişafının göstəricisi olduğunu vurğulamışdır.
İqtisadi sahədə konkret təkliflərin irəli sürüldüyünü bildirən ölkəmizin Prezidenti qeyd etmişdir ki, Azərbaycana Çexiyadan geniş iş adamları heyətinin səfəri və keçiriləcək biznes-forum yeni əməkdaşlıq imkanlarının yaranmasına xidmət edəcəkdir. Ticarət dövriyyəsinin artıq 800 milyon dolları keçdiyini diqqətə çatdıran dövlət başçısı, onun strukturunun daha da şaxələndirilməsinin vacibliyini vurğulamışdır.
Energetika sahəsində əməkdaşlığın xüsusi əhəmiyyət kəsb etdiyini bildirən Prezident cənab İlham Əliyev qeyd etmişdir ki, Azərbaycan nefti Çexiyanın enerji balansında mühüm yer tutur və ölkəmiz beynəlxalq səviyyədə etibarlı enerji tərəfdaşı kimi tanınır. Eyni zamanda, Azərbaycan qazının 16 ölkəyə, o cümlədən Avropa İttifaqına üzv dövlətlərə ixrac olunduğu vurğulanmış, bu sahədə əməkdaşlığın daha geniş və uzunmüddətli perspektivlərə malik olduğu qeyd edilmişdir.
Dövlət başçısı müdafiə sənayesi sahəsində də uğurlu əməkdaşlığın mövcud olduğunu, Çexiyadan hərbi təyinatlı məhsulların alındığını və hazırda birgə istehsal layihələrinin müzakirə edildiyini bildirmişdir.
Sonda qeyd olunmuşdur ki, Hökumətlərarası Komissiyanın fəaliyyətinin aktivləşdirilməsi və müxtəlif sahələr üzrə əməkdaşlığın genişləndirilməsi iki ölkə arasında münasibətlərin daha da inkişafına təkan verəcək, Azərbaycan - Çexiya tərəfdaşlığı üçün yeni perspektivlər açacaqdır.
Просмотров: 3
Обнаружили ошибку или мёртвую ссылку?

Выделите проблемный фрагмент мышкой и нажмите CTRL+ENTER.
В появившемся окне опишите проблему и отправьте Администрации ресурса.

ДОБАВИТЬ КОММЕНТАРИЙ

Введите код:*
Кликните на изображение чтобы обновить код, если он неразборчив

Təsisçi və baş redaktor:Eminov Mehman Niftalı oğlu | Tel: (+99499)792 92 88 , (+99477) 606 00 68 , (+99470) 577 95 98

Xüsusi müxbir: Alıyev Kamil Həsən oğlu