Paytaxtın Binəqədi rayonunun Xırdalan dairəsi deyilən ərazisi həndəvərində fəaliyyət göstərən “Darvaza hotel” adlı obyekt kənardan ilk baxışda heç bir cazibədar özəlliyi ilə diqqəti cəlb eləmir. Ancaq Bakı ilə Abşeronun qovşağında yerləşən bu obyekt başqa bir “üstün” məziyyəti ilə məşhurdur. Bura təşrif buyuran müştərilər məqsədli şəkildə gəlirlər. Yeyib-içməkdən, dincəlməkdən daha önəmli saydıqları intim ehtiyaclarını ödəmək üçün. Bəli, düz oxudunuz, məhz cinsi ehtiyaclarını qarşılamaq üçün.

Müştərilər hazır, yəni cüt də gələ bilərlər, oteldə də cütləşə bilərlər. Çeşid heç də kasad deyil. Obyektdə ölkənin müxtəlif yerlərindən gətirilmiş gənc xanımlar cinsi istismara məruz qalırlar. “Darvaza” barədə indiyədək kütləvi informasiya vasitələrində xeyli neqativ məlumatlar yayılsa da, əlaqədar instansiyalara çoxsaylı şi9kayət xarakterli müraciətlər ünvanlansa da, obyekt sahibi barədə heç bir ciddi ölçü götürülməyib. Görünür, qazancı o qədər çoxdur ki, “Darvaza” ictimai həyatın vazkeçilməz bir hissəsinə çevrilib. Heç nəyə lazım olmayan küçə itlərindən yaxa qurtara bilmədiyimiz kimi, belə “pritonlar” da insanları mənəvi düşkünlüyə sürükləməkdə davam edirlər.

Burada müştərilərin yalnız ciblərinə, ödəyicilik qabiliyyətinə fikir verilir. Cüt gələnlərdən nikah şəhadətnaməsi tələb edən yox, peyvənd sertifikatı soruşan yox. Müştərilərə yaratdığı bunca “demokratik” şəraitin “bədnəzərdən” qorunması ilə qayğılanan müdiriyyət obyekti əsasən gecə yarısından, yəni, saat 24:00-dan sonra işlədir. Səhərədək otelin bir qayda olaraq bütün otaqlarına qoyulmuş çarpayılar aşırı yüklənir. Əldə etdiyimiz məlumatlarda qeyd olunur ki, “Darvaza hotel” rəhbərliyi özünü öyməkmi, yaxud, müştərilərdə arxayınçılıq yaratmaqmı məqsədilə obyektin əslində Milli Məclisin deputatı Qənirə Paşayevaya məxsus olduğunu deyir. Bildirilir ki, obyekt sahibi hətta dövriuyyəyə buraxdığı bu əcaib məlumatın müştəridə yaradacağı əminlik təəssüratını gücləndirmək üçün cinsi istismara cəlb etdiyi yüngülməcaz qadınlara haralı olduqları soruşulduğu təqdirdə əslən tovuzlu, yəni, xanım millət vəkili ilə həmyerli olduqlarını demələrini tapşırıb. Müşahidə olunub ki, dəfələrlə həmin qadınların qohumları, keçmiş ərləri, dağıtdıqları ailələrin üzvləri otelə gəlib dava salmağa cəhd ediblər. Ehtimal böyükdür ki, belə mübahisələr gec-tez kriminal hadislərlə nəticələnə bilər.

Öyrənmişik ki, obyektdə həmçinin işçilərin heç də hamısı ilə əmək müqaviləsi bağlanılmır, personal tibbi müayinələrdən keçirilmir, sanitar-gigiyena və epidemioloji qaydalar gözlənilmir. Eləcə də vergi qanunvericiliyinin tələblərinə, sosial və tibbi sığortalar üzrə öhdəliklərə tam riayət edilmir. Ümid edirik ki, mövzu ilə əlaqədar məlumatlandıracağımız əlaqədar qurumların problemə reaksiyası özünü çox gözlətməyəcək. 

Ardı var...
Просмотров: 236
Обнаружили ошибку или мёртвую ссылку?

Выделите проблемный фрагмент мышкой и нажмите CTRL+ENTER.
В появившемся окне опишите проблему и отправьте Администрации ресурса.

ДОБАВИТЬ КОММЕНТАРИЙ

Введите код:*
Кликните на изображение чтобы обновить код, если он неразборчив

Təsisçi və baş redaktor:Eminov Mehman Niftalı oğlu | Tel: (+99499)792 92 88 , (+99477) 606 00 68 , (+99470) 577 95 98

Xüsusi müxbir: Alıyev Kamil Həsən oğlu

Xüsusi müxbir : Piriyev Cavid Medal oğlu