Sözün əsil mənasında iş adamları dayanmır. Bakıxanovda möcüzələr yaradır.
Stansiya Razin deyilən yerə yaxın bir bazar fəaliyyət göstərir, adı da "Möcüzə market"dir. Burada yol, dayanacaq, küçə ,piyada üçün səkilər də zəbt olunub. Hələ bu azmış kimi qarşıdakı həyəti də alıb, yerində yeni market tikdirir. Allah xeyrini versin, sözümüz yox. Lakin bu tikintilərin sənədsiz olduğu və xalqın rahat yaşaması,hərəkətin normal olması üçün problem yaradır.
Əvvəla qeyd edək ki, Sabunçu rayonunda son illər müşahidə olunan qanunsuz tikinti halları artıq tək-tük fakt deyil, sistemli problemə çevrilib. Yaşayış məhəllələrinin ortasında, sənədsiz-sübutsuz, norma və qaydalar gözlənilmədən ucaldılan tikililər rayon sakinlərinin haqlı narazılığına səbəb olur. Sual isə dəyişmir: bu özbaşınalığa kim icazə verir və aidiyyəti qurumlar niyə susur?

Möcüzə market "möcüzələr yaradır" . Bakıxanovda qanunsuz tikili.


Məlumdur ki, hər bir tikinti işi müvafiq icazələr, layihə sənədləri və texniki təhlükəsizlik normaları əsasında aparılmalıdır. Ancaq Sabunçuda bəziləri bu qaydaları açıq-aşkar tapdalayaraq, gecə-gündüz fərqi bilmədən tikinti aparır, nəticədə həm şəhərsalma prinsipləri pozulur, həm də insanların həyatı risk altına atılır. Kommunikasiyalar yüklənir, yollar daralır, həyətlər zəbt olunur
Resmixeber.org bildirir ki, məlumata görə belə tikililərdən biri də Sabunçu rayon Bakıxanov qəsəbəsi Nazim İsmayılov küçəsində "Möcüzə Market"lə üzbəüz ərazidə aparılır.

Ən təəccüblüsü isə budur ki, bütün bunlar hər kəsin gözü qarşısında baş verdiyi halda, nə yerli icra strukturlarından, nə də nəzarət qurumlarından ciddi reaksiya görünür. Yoxlamalar niyə vaxtında aparılmır? Qanunsuz tikintiyə niyə göz yumulur? Belə tikililər necə və hansı “himayə” ilə başa çatdırılır?

Qanun hamı üçün eyni olmalıdır. Əks halda, bir tərəfdən sənədlə, illərlə icazə dalınca qaçan vətəndaş, digər tərəfdən isə qanunu saymayanlar arasında açıq ədalətsizlik yaranır. Sabunçu Rayon İcra Hakimiyyətinin, Fövqəladə Hallar Nazirliyinin Tikintiyə Nəzarət Dövlət Agentliyinin, Şəhərsalma və Arxitektura Komitəsinin vəzifəli şəxsləri görməzdən gəlir. Aydın məsələdir ki... Obyekt yiyələrinin bir sözü var : "Daşı daş üstə qoymaq olmaz icazəsiz, hamını görmüşük"
Hələ Bakıxanov İcra nümayəndəsi və Bələdiyyə sədri ümumiyyətlə tikintilərə qarışmadıqlarını bildirirlər.

Susqunluq davam etdikcə, özbaşınalıq daha da genişlənəcək. Sabunçuda qanun işləyəcəkmi, yoxsa qanunsuz tikinti “adi hala” çevriləcək?
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.



Просмотров: 22
Обнаружили ошибку или мёртвую ссылку?

Выделите проблемный фрагмент мышкой и нажмите CTRL+ENTER.
В появившемся окне опишите проблему и отправьте Администрации ресурса.

ДОБАВИТЬ КОММЕНТАРИЙ

Введите код:*
Кликните на изображение чтобы обновить код, если он неразборчив

Təsisçi və baş redaktor:Eminov Mehman Niftalı oğlu | Tel: (+99499)792 92 88 , (+99477) 606 00 68 , (+99470) 577 95 98

Xüsusi müxbir: Alıyev Kamil Həsən oğlu