Əslində bəzi işbazlar cürbəcür məkanlar açaraq əxlaqsızlıq yuvası işlədirlər. İnsan alveri ilə məşğul olan bu insanlar nəyə və kimə güvənirlər? Yoxsa yaşadığımız demokratik, qanun dövlətimizin qanunlarını saymırlar?
Son vaxtlar ölkədə insan alverinə və əxlaqsızlıq yuvalarının saxlanmasına qarşı ciddi mübarizə tədbirləri aparılır. Artıq bu illər ərzində Bakıda bir neçə əxlasızlıq yuvası aşkarlanaraq ifşa olunub, onlar haqqında qanunla müvafiq tədbirlər görülüb. Lakin bütün bunlara baxmayaraq təəssüf ki, bu cür problemlər hələ də mövcuddur. Bu cür obyektlərdən gələn bəlaların isə cəmiyyətdə hansı fəsadlar törətdiyi dəfələrlə müzakirə olunub. Belə ki bir çox dəri-zöhrəvi və yoluxucu xəstəliklər məhz bu tip obyektərdən yayılmağa başlayır. Bu obyektlər isə həmişə hanısa məmurların himayəsində olur.
Etibarlı mənbələrdən redaksiyamıza belə bir obyekt barədə məlumat daxil olub.
Mənbənin verdiyi məlumata istinadən həmin obyektlərdən biri də təsadüfən tikinti materialları almaq fikrinə düşüb bu məkana girsəniz, müştərilərə “gəl-gəl” deyən qadınları, narkomaniyanın, infeksiyaların, müxtəlif xəstəliklərin yayılması üçün “münbit” şərait görəcəksiz. İnsan alverinə qarşı mübarizə aparılmasına baxmayaraq insan alveri ilə məşğul olan bu məkanlar dövlətin qoyduğu qayda-qanunları heçə sayaraq öz fəaliyyətlərinə davam edirlər. Bunlardan biri də nə yaxın, nə uzaq Bakının Xətai rayonu Seyid Əzim Şirvani 161 ünvanında tikinti materialları adı altında fahişəxana fəaliyyət göstərir.
Burada da xidmətçilərin azyaşlı qızlar olduğu bildirilir. Ən əsası isə əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərən bu obyekt buraya gələnlər isə hər şeyi açıq-aşkar görə bilirlər. Obyekt sahibi heç kimdən çəkinmədiyini bildirir. Bu obyekt digər obyektlərdən “fərqləndirən” əsas və ən acınacaqlı məqam ondan ibarətdir ki, burada xanımlar da otaqlarla birlikdə müştərilərə təklif olunur. Təəssüflə qeyd etmək istəyirəm ki, 18 yaşdan aşağı uşaqlar da bu bataqlığa sürüklənirlər.
Fəaliyyət göstərən əxlaqsızlıq yuvalarındakı əsl mənzərəni çəkib göstərmək təhlükəli olduğu üçün içəridən çəkiliş apara bilmədik.
Əgər əvvəllər bu cür obyektlər şəhərdən qıraq fəaliyyət göstərirdilərsə, bu gün artıq paytaxtda daha geniş yayılıb.
Sonda bir daha bildirək ki, bu məlumatlar etibarlı mənbələrdən verilib. Onu da qeyd edək ki, mənbə bu obyektlərə himayədarlıq edən məmurlardan bir neçəsinin adını bizə bildirib. Həmin mövzuda araşdırmalarımız davam edir. Yaxın günlərdə həmin məmurların adlarını açıqlayacağıq.
Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.
P.S. İnanırıq ki, bu yazılara hüquq-mühafizə orqanları münasibət bildirməklə yanaşı, sözügedən və əxlaqsızlıq yuvası kimi hallandırılan obyektin fəaliyyətləri barədə qanuni ölçü götürəcəklər.