Göyçay rayon sakini Əhmədova Südayə İsa qızı aidiyyəti dövlət qurumlarına ünvanladığı şikayətində oğlunun qətli ilə bağlı istintaqın qeyri-obyektiv aparıldığını iddia edir və işin yenidən araşdırılmasını tələb edir.

Şikayətdə bildirilir ki, mərhum Eminov Asif İxtiyar oğlu Göyçay rayon sakini Mahmudova Rəvanə Elburus qızı ilə ailə həyatı qurmuşdur. Uzun müddət ailəli olduqdan sonra Asif Eminov həyat yoldaşının ona xəyanət etdiyindən şübhələnmiş və bu səbəbdən onu izləməyə başlamışdır.

İddialara görə, günlərin birində Asif Eminov evə qayıdarkən həyat yoldaşını Göyçay rayonunun Bığır kənd sakini Xıdırov Elvin adlı şəxslə birlikdə görmüşdür. Şikayətçinin sözlərinə əsasən, yaranmış vəziyyəti ört-basdır etmək məqsədilə Mahmudova Rəvanə mətbəxdən bıçaq götürərək Asif Eminova bir neçə bıçaq zərbəsi endirmiş və nəticədə o, həyatını itirmişdir.

Hadisədən sonra cinayət məsuliyyətindən yayınmaq məqsədilə Mahmudova Rəvanənin digər münasibətdə olduğu iddia edilən şəxs — Məsimov Xəyal Alik oğlu evə çağırılmışdır. Xəyal Məsimovun evə gəldikdə gördüklərindən dəhşətə gəldiyi bildirilir. Şikayətə görə, Mahmudova Rəvanə və hadisə zamanı evdə olduğu iddia edilən Elvin Xıdırov Xəyal Məsimova cinayəti öz üzərinə götürməsi üçün təzyiq göstərmiş, onu həbsdən xilas edəcəklərinə dair vədlər vermişlər.

İddialara əsasən, həmin vaxt spirtli içki qəbul etmiş Xəyal Məsimov bu vədlərə inanaraq cinayəti öz üzərinə götürmüşdür. Daha sonra mərhum Asif Eminov onun avtomobilinə qoyularaq Göyçay şəhərində “49-cu məhəllə” adlanan əraziyə aparılmış, orada avtomobilin sükan arxasına əyləşdirilmiş və ərazi tərk edilmişdir.

Bundan sonra Mahmudova Rəvanə guya hadisədən xəbərsiz kimi Asif Eminovun anasına zəng edərək onun naməlum şəxslər tərəfindən öldürüldüyünü bildirmişdir. Cinayəti öz üzərinə götürən Xəyal Məsimov isə istintaqa təslim olmuşdur.

Şikayətdə qeyd olunur ki, iki ilə yaxın davam edən istintaq və məhkəmə prosesləri zamanı həbsdə olan Xəyal Məsimov real vəziyyətlə üz-üzə qalmış, hadisənin əsl icraçılarının onun taleyinə biganə yanaşdığını görmüşdür. Əksinə, adı çəkilən şəxslər istintaqda şahid qismində iştirak edərək cinayətin Xəyal Məsimov tərəfindən törədildiyini bildirmişlər.

Nəticədə çıxış yolu qalmayan Xəyal Məsimov məhkəmə proseslərində ətraflı ifadə verərək hadisənin gerçək mahiyyətini açıqlamış, Asif Eminovun Mahmudova Rəvanə və Elvin Xıdırov tərəfindən qətlə yetirildiyini, özünün isə yalnız aldadılaraq cinayətin üzərinə götürülməsinə cəlb edildiyini bəyan etmişdir.

Hazırda övladını itirmiş ana Əhmədova Südayə İsa qızı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Baş Prokuror Kamran Əliyevə, İnsan Hüquqları üzrə Müvəkkil Səbinə Əliyevaya və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimova müraciət edərək, cinayət işinin yenidən, obyektiv və operativ şəkildə araşdırılmasını, iddia edilən əsl cinayətkarların qanun qarşısında cavab verməsini xahiş edir.

Gəlin indi isə zərərçəkmiş ananın özünü daha ətraflı dinləyək…

[video=]
Просмотров: 23
Обнаружили ошибку или мёртвую ссылку?

Выделите проблемный фрагмент мышкой и нажмите CTRL+ENTER.
В появившемся окне опишите проблему и отправьте Администрации ресурса.

ДОБАВИТЬ КОММЕНТАРИЙ

Введите код:*
Кликните на изображение чтобы обновить код, если он неразборчив

Təsisçi və baş redaktor:Eminov Mehman Niftalı oğlu | Tel: (+99499)792 92 88 , (+99477) 606 00 68 , (+99470) 577 95 98

Xüsusi müxbir: Alıyev Kamil Həsən oğlu