planet.com.az » Gündəm » 30-İLLİK ƏSARƏT! 44-GÜNLÜK QƏLƏBƏ
1-Cİ QARABAĞ MÜHARİBƏSİNİN NƏTİCƏSİNDƏ
ƏLDƏ ETDİYİMİZ 44-GÜNLÜK MÜHARİBƏNİN "QƏLƏBƏ ZƏFƏRİNİN" SEVİNCİNİ BİZƏ YAŞADAN, ÖZ CANLARI -- QANLARI BAHASINA TARİX YAZAN ŞƏHİDLƏRİMİZ,
QAZİLƏRİMİZ, ƏSGƏRLƏRİMİZ VƏ "AZƏRBAYCAN ORDUSU"!
30-İLLİK İŞĞALA SON QOYAN 44-GÜNLÜK VƏTƏN MÜHARİBƏSİ TARİXİMİZƏ HƏKK OLAN “XARIBÜLBÜL MUSİQİ FESTİVALI” -- XALQ BAYRAMLARINI QEYD ETMƏSİNƏ NAİL OLAN "QARABAĞ AZƏRBAYCANDIR" SİMVOLU OLAN "XARIBÜLBÜL" VƏTƏN UĞRUNDA ŞƏHİD OLAN OĞULLARIMIZIN QEHRAMANLIQ NÜMUNƏSİ!
Ali Baş Komandan İlham Əliyev Cənabları demişdir:-
-- "Bu günə qədər elə bir təşəbbüsümüz olmayıb ki, o,
reallığa çevrilməsin"!
Ən böyük cihad zalımın qarşısına çıxıb: -
-- "Sən haqsızsan deməkdir".
Bəli. Şəhidlik zirvəsinə ucalmaq hər bir insana nəsib olmur.
Şəhidim -- İbrahimov Çingiz Mətləb oğlu, 10.02.1957-ci il tarixində Saatlı rayonunun Novruzlu kəndində doğulmuşdur.
Şəhid -- İbrahimov Çingiz Mətləb oğlunun, oğlu -- İbrahimov Alim Çingiz oğlundan müsahibə aldıq.
"Mən Şəhid -- Çingiz İbrahimovun oğluyam. 1992-ci ildə mənim on üç yaşım var idi. Biz Rusiya vilayətində yaşayırdıq. Qarabağda isə müharibə gedirdi. Erməni faşizminin törətdiyi qanlı faciə ilə, döyüşlər davam edirdi.
Atam dedi:-
-- "Mən Rusiyada oturub, seyr edə bilmərəm, mən gedirəm Azərbaycana"!
1992-ci il tarixində bizi gətirdi Azərbaycana. Ailədə dörd uşaq olmuşuq. Uşaqların ən böyüyü mən idim, o zaman, mənim on üç yaşım var idi.
1992-cü ildə Qarabağda qızğın döyüşlər gedəndə, Atam -- İbrahimov Çingiz Mətləb oğlu könüllü olaraq torpaqlarımızı işğalçılardan azad etmək üçün döyüşə yollanmışdır. Əlli səkkiz əsgəri olub. Atamın ləqəbi "AKULA" idi. Atamın adı gələndə ermənilər dəli olurmuş ki, yenə "AKULA" ləqəbli Çingiz döyüşlərdədi.
Atam -- İbrahimov Çingiz Mətləb oğlu, könüllü olaraq, Qarabağda Füzuli rayonu ərazisində yerləşən "Özünü Müdafiə Batalyonu" vardı. Həmin dəstəyə qoşularaq Vətənin Müdafiəsində, Baş Leytenant rütbəsi, Komandir və Kəşfiyyatçı olaraq qəhrəmancasına döyüşürlər də iştirak etmişdir.
1993-cü il tarixində, Füzuli rayonunda qızğın döyüşlər gedirdi. Çox sayda Kəşfiyyatçı gəlib. Orada elə bir bina olub ki, o binaya heç cür yaxınlaşa bilməyiblər.
Atam deyib ki, "Mən daxil olduğum yeri məhv edərəm, ya da oranı partladacam, ya da geriyə dönməyəcəm"!
Belə də olur. Atam tək başına o, binaya daxil olur və həmin binanı partladır. Sonradan Kəşfiyyatçılar o əraziyə yaxınlaşıblar. Atam elə oradan da yoxa çıxır. Nə qədər axtarsalarda bu günə qədər atamdan bir xəbər yoxdur. Nə ölüsü tapıldı, nə dirisi"!
1993-cü ildə Füzuli rayonunda gedən döyüşlər zamanı atam itkin düşmüş, elə həmin ili atam -- İbrahimov Çingiz Mətləb oğluna 21.05.1993-il tarixində Şəhidlik statusu verildi.
O zaman, atam -- İbrahimov Çingiz Mətləb oğlunun otuz beş yaşı vardı. Ailədə doqquz uşaq olmuşdur. Atamın -- atası da İbrahimov Mətləb (1941-1945-ci) ildə Milli Qəhrəman olub"!
Şəhid -- İbrahimov Çingiz Mətləb oğlu, qızğın gedən döyüşlərdə qəhrəmancasına şücaət göstərmiş və vətənpərvərlik ruhunda xidmətlərini yüksək səviyyədə həyata keçirir və həmin gündən itkin düşmüşdür. Çox ağır dərdlərdən biri də itkin düşməkdir. Bu günə qədər heç bir xəbəri olmayıb. İbrahimovlar ailəsi "Qəhrəmanlıq nümunəsidir"
Ümidsizliyə qapılmadıq, İnsan hər zaman ümidlə yaşayır!!!
Ümidlə yaşadıq, ilk qələbəmizin tarixini təbliğ edən 1993-cü ilin "ŞƏHİDLƏRİ" oldu!
O, Şəhidlərdən biri də İbrahimov Alim Cingiz oğlunun Atası:-
Saatlı -- ŞƏHİDİM, İBRAHİMOV ÇİNGİZ MƏTLƏB OĞLUDUR!
O şəhidlər ki, bu günə qədər torpağı Vətən Şəhidləriylə müqəddəsliyi tarix yazanlarından və müxtəlif anlarda Şəhidlik zirvəsinə ucalan "ŞƏHİDLƏRİMİZİN" 44-günə döyüş salnaməsinin azadlığı uğrunda mübarizə aparan Azərbaycan ordusu, Əsgərləri, Qaziləri canıyla-qanıyla Qələbə Zəfərinin sevincinə imza atdılar. Bütün dünyaya nümayiş edərək, biz "Qalib Ölkəyik" və sübuta yetirdilər ki, bizim özgə torpaqlarında gözümüz yox... Öz torpaqlarımızı işğalçılardan azad etmək üçün silaha sarılmışıq!
"QARABAĞ AZƏRBAYCANDIR"! Ədalətdən doğulan xalq əsarətdə qala bilməz. Gərək nəbzin, Vətənin nəbzi ilə vursun ki, Ana-Vətənini, torpağını işğal olunmuş ərazilərində yerləşən mövqelərdən təmizləyərək döyüşlərdə qəhrəmancasına,
atəşkəs rejiminə uyğun olaraq məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlər həyata keçirilməsinə dair əhəmiyyətli təqdirəlayiq şücaət göstərərək Üçrəngli bayrağımızı yüksəkliklərə qaldırmaqla sevinc anlarını yaşayasan.
30-illik müharibənin gedişi 44-günlük döyüş səlnaməsində Qayıdan torpaqlar oldu -- Qayitmayan oğullar oldu. Qəhraman
oğullarımız isə Şəhidlik zirvəsinə ucaldılar. Torpaq uğrunda ölən varsa Vətəndir.
"Azərbaycan" hər bir Azərbaycanlının ürəyi, yenilməz Üçrəngli bayrağımız isə hər zaman ruhumuzun və Şəhidlərimizin qanı olaraq milli-mənəvi dəyərlərimizin qorunması sahəsində dövlət siyasətinin əsas prinsipləri ilə əlaqədar faydalı nəticələrini təqdim edərək İnformasiya vasitələrinin məlumatlarını dünyaya tanıtmasında böyük imzalar atılması üçün hər zaman Dövlətimizin xidmətində olmaqla yanaşı birliyimizin həmrəyliyini təsdiq edilməsinə nail olaraq dünyaya tanıtdırmaqdır.
Ordun Varsa --Yurdunda var! Bütövlüyü uğurunda mübariz olan Qəhrəman oğullarımız və Şəhidlərimizin 44-günə döyüş salnaməsinin azadlığı uğrunda geniş potensialın mövcud olduğunu bir daha, heç zaman yaddaşlardan silinməyən və əbədi-əzəli olaraq xatırladaraq ürəklərdə yaşadacağıq!
Bir zamanlar Paşinyan Qarabağda yol çəkirdi, o yolu sanki ürəyimdən çəkirdi. O yolu artıq Şəhidlərimiz məzarları ilə, anaların göz yaşları ilə o yolu Zəfər yolu ilə Qarabağa çəkdilər. Vətənin müdrik və mərd övladları qoy, ədalət Zəfər çalsın. Qələbə Zəfərini bizlərə nəsib edən əməyi geçən hər kəsi sayqı və hörmətlə yad edirik. Allah Cəmi Şəhidlərimizə rəhmət eləsin. Şəhidlər Ölməz -- Vətən Bölünməz! Ruhunuz şad, məkanınız cənnət olsun ŞƏHİDLƏRİM!!!
Şəhidimə bir güllə deyərsə o mənim ürəyimdədir. O, güllələr mənim ürəyimi dəlib keçir. Torpağımın uğrunda ölən varsa "Vətəndir". Mən də Vətən övladıyam. Bəşəriyyətə müharibə yox, Bəşəriyyətə "SÜLH" gərəkdir. Həyat o zaman həyat olar ki, həyatda halallıq olsun. Yaşamaq o zaman gözəl olar ki, insanlar imanlı olsun.
Müharibə -- insanlığın "FACİƏSİDİR". Müharibə -- insanlığın əsil mənasında vətənpərvərlik nümunəsidir. Müharibə -- insanlığın mübarizə missiyasını birlikdə şərəflə yerinə yetirilməsi istiqamətində mühüm addımlar atıb, yalnız irəli gedərək haqq yolunda qəhrəmancasına şücaət göstərərək Şəhidlik zirvəsinə ucalmaq və Üçrəngli bayrağımızı yüksəkliklərə qaldırmaqdır.
Şəhidlərimizi -- unutmadıq! Şəhidlərimizi -- unutmayaq! Şəhidlərimizi -- unutdurmayaq!
Hacı Ruslan Həsənov Şamməd oğlu bir neçə Saytların Baş Redaktoru, 102xeber.com Xəbərlər Portalının Təsisçi-Baş Redaktoru, Milli Məclis Xəbər.az Xəbərlər Portalının Təsisçi Baş Redaktoru, Beynəlxalq İnformasiya Agentliyi.Az Xəbər Portalı Baş Direktor, "Məxfi Fikir", Beynəlxalq İctimai - siyasi hüquq qəzeti Baş Redaktor, "Xəbərim.İnfo" Baş Redaktor, 102 xəbər.com.Xəbər Portalı "Baş Redaktor" nəinki Qarabağ münaqişəsi bütöv Azərbaycan uğurunda mübarizə missiyasını davam edərək dövlətinə dəstək olaraq xalqımızın rifahı naminə fəaliyyətini davam etdirməkdə böyük təcrübəyə malikdir. Biz birlikdə güclüyük.
Mən Rufullayeva Fəridə Şükür qızı, "102xeber.com Xəbərlər Portalın" Baş Direktor Müavini", "Milli Məclis Xəbər.az Xəbər Portalın, Təsisçisi - Baş Direktoru", "Dostluq Məşəli" İctimai Siyasi-hüquq Qəzetin Şöbə Müdiri", "Dostluq Məşəli Qəzetin" Məhdud Məsuliyyətli Cəmiyyətin Əlillər Təşkilatının Rəhbəri", "OBZOR QORODA" kanalının Direktoru və Ssenaristi" olmaqla hər zaman Dövlətimizin və Dövlətçiliyimizin yanında olaraq, xalqımızın xidmətində olmaqla yanaşı birliyimizin həmrəyliyini təsdiq edilməsi üçün mənəvi borcumuzdur və hər birimizin mənəvi borcudur! YAŞASIN QARABAĞ! "QARABAĞ AZƏRBAYCANDIR"!!!
Обнаружили ошибку или мёртвую ссылку?
Выделите проблемный фрагмент мышкой и нажмите CTRL+ENTER.
В появившемся окне опишите проблему и отправьте Администрации ресурса.
Oxşar xəbərlər
Təsisçi və baş redaktor:Eminov Mehman Niftalı oğlu | Tel: (+99499)792 92 88 , (+99477) 606 00 68 , (+99470) 577 95 98
Xüsusi müxbir: Alıyev Kamil Həsən oğluXüsusi müxbir : Piriyev Cavid Medal oğlu