"Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək" İctimai Birliyi və "Fazil Palace" nın birgə təşkilatçılığı ilə Şəhid ailələri, Vətən müharibəsi əlilləri və veteranlar üçün ehsan süfrəsi təşkil olunub.
Məclisdə Xəzər Rayon İcra Hakimiyyəti Binə qəsəbə nümayəndəliyi Tahir Əliyev, Binə bələdiyyəsinin sədri Habil Həmidov, Birlik sədri Yasəmən Qəyyumlu, xeyriyyəçi Zaman Babayev, Nazlər kabinetinin rəsmi nümayəndəsi Ağayev Mirəddin, Din xadimləri, media rəhbərləri Türkmedia.info - nun rəhbəri Əkbər Sadıyev, Səda Tv - nin rəhbəri Elnur Şükürov, Xəzər Tv - nin rəhbəri Fərid Səfərov və digərləri çıxış edərək şəhidlərin qəhrəmanlığından danışıb və tədbirin mahiyyəti haqqında fikir bildiriblər.
Tədbiri keçirməkdə hər iki tərəfin əsas məqsəd şəhid ailələrini, vətən müharibəsi əlillərini və veteranları mütamadi olaraq diqqət mərkəzində saxlamaq və onlara lazımi qayğı göstərməkdir.
Tədbirin sonunda "Fazil Palace" nın rəhbəri Zaman Babayev, qazi Süleyman Süleymanov , Aynurə Ağayeva və Əkbər Sadıyevə Birlik sədri Yasəmən Qəyyumlu nümayəndəlik vəsiqəsiqələri və birinci Qarabağ savaşında itkin düşən şəhid İsmayılov Vasifin qardaşına Zəfər diplomu təqdim edib.
Göstərdiyi xidmətlərinə görə Zaman Babayev Birlik tərəfindən Fəxri Diplomla təltif olunub.
Fərid Faiqoğlu
AJB-nin üzvü
planet.com.az » Gündəm » Şəhid ailələri və müharibə əlilləri üçün ehsan süfrəsi təşkil olundu
Обнаружили ошибку или мёртвую ссылку?
Выделите проблемный фрагмент мышкой и нажмите CTRL+ENTER.
В появившемся окне опишите проблему и отправьте Администрации ресурса.
Oxşar xəbərlər
Təsisçi və baş redaktor:Eminov Mehman Niftalı oğlu | Tel: (+99499)792 92 88 , (+99477) 606 00 68 , (+99470) 577 95 98
Xüsusi müxbir: Alıyev Kamil Həsən oğluXüsusi müxbir : Piriyev Cavid Medal oğlu