planet.com.az » Gündəm » Hafiz Kərimov: Zəfər Günü- Parlaq Qələbəmizin tarixi simvoludur
Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsinin sədri Hafiz Kərimov - Azərbaycan Prezidenti, Partiyamızın Sədri İlham Əliyevin qətiyyəti, güclü siyasi iradəsi, peşəkar rəhbərliyi və Azərbaycan Ordusunun rəşadəti hesabına 30 ilə yaxın işğal altında qalmış doğma torpaqlarımız 2020-ci ildə 44 günlük Vətən müharibəsində erməni təcavüzkarlarından azad olundu. Cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən müdrik YAP siyasəti Azərbaycanın ərazi bütövlüyünü və əbədi müstəqilliyini təmin etmişdir. İşğaldan azad olunan doğma ərazilərimizdən biri Qarabağın tacı, Azərbaycanın gözü olan Şuşa şəhəridir. Mədəniyyətimizin beşiyi olan Şuşa şəhəri rəşadətli Ordumuz tərəfindən 8 noyabr 2020-ci il tarixdə azad olunduqdan sonra düşmənin acı məğlubiyyəti tamamilə təsdiqini tapdı. Cəmi iki gün sonra 10 noyabr tarixində Üçtərəfli Bəyanatı imzalamaqla Ermənistan tərəfi özünün kapituliyasıyasını rəsmi şəkildə təsdiqlədi. Prezident İlham Əliyevin tapşırıqlarına əsasən işğaldan azad olunan ərazilərimizdə sürətli və genişmiqiyaslı abadlıq-quruculuq, bərpa işləri həyata keçirilir. Eyni zamanda cənab Prezident mütəmadi olaraq düşməndən azad olunan doğma ərazilərimizə səfər edir, orada görülmüş işlərlə, həyata keçirilən böyük layihələrlə yaxından tanış olur. Bir neçə dəfə Şuşa şəhərində səfərdə olan dövlət başçısı bir neçə gün öncə növbəti dəfə Şuşada səfərdə olub. 8 Noyabr- Zəfər Günü Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə iştirak ediblər.
Hərbiçilərlə görüşü zamanı dövlət başçısı geniş və əhatəli çıxışı ilə tarixi faktları bir daha qeyd edib, dünyaya, xüsusilə erməni havadarlarına öz həddini bildirəcək mesajlar verdi. Bizi heç kim qorxuda bilməz. Ermənistan yaxşı qonşuluq siyasəti aparmaq istəyirsə, ilk öncə 2020-ci ilin 10 noyabr Bəyanatının bütün müddəalarını yerinə yetirməlidir. Azərbaycanla sülh üzrə aparılan danışıqlarda səmimi olmalıdır. Süni şəkildə vaxt uzatmamalıdır, hansısa möcüzəni gözləməməlidir ki, kimsə gəlib bunların yerinə vuruşacaq. Heç kim gəlib onların yerinə vuruşmayacaq, gəlib vuruşsa da, qarşısında yenə də Azərbaycan Ordusunu görəcək.
Azərbaycan Prezidentinin apardığı güclü və alternativsiz siyasət sülh və humanizm prinsiplərinə əsaslanır. Hər zaman olduğu kimi indi də mənfur siyasətə sadiq qalan Ermənistanı himayə etmək istəyən, əslində cinayətkar olub,mələk pərdəsi arxasında gizlənən qüvvələr 44 günlük Vətən müharibəsində Azərbaycanda Prezident-Xalq-Ordu birliyinin vəhdət təşkil edərək, düşmənin belini qıran “Dəmir Yumruq”, daha sonra “Fərrux” və “Qisas” əməliyyatlarını qəti şəkildə unutmamalıdır. Ona görə ki, Azərbaycan xalqı haqq savaşını apardı və parlaq Qələbə qazandı. Bütün tarixi faktlar sübut edir ki, Qarabağ və ətraf digər rayonlar Azərbaycanın əzəli dədə-baba yurdudur. Qarabağla bağlı bundan sonra istənilən bir məsələ Azərbaycanın daxili işidir. Güclü dövlətimiz və yenilməz Ordumuz torpaqlarımızın ərazi bütövlüyünü əbədi olaraq təmin etmişdir. Ermənistan tərəfi regionda əgər sülhün tərafdarıdırsa mütləq Azərbaycanın tələblərini icra etməli və acı məğlubiyyəti ilə barışmalıdır.
Обнаружили ошибку или мёртвую ссылку?
Выделите проблемный фрагмент мышкой и нажмите CTRL+ENTER.
В появившемся окне опишите проблему и отправьте Администрации ресурса.
Oxşar xəbərlər
Təsisçi və baş redaktor:Eminov Mehman Niftalı oğlu | Tel: (+99499)792 92 88 , (+99477) 606 00 68 , (+99470) 577 95 98
Xüsusi müxbir: Alıyev Kamil Həsən oğluXüsusi müxbir : Piriyev Cavid Medal oğlu