Bakını xarabaya çevirən, bütün qanunları tapdalayan, fırıldaqlarla dolu  tikinti şirkəti – “ORBİTA” MTK-nın SAHİBİ FAMİL BAĞİYEV KİMDİR?

"ORBİTA” MTK-nın rəhbəri Famil Bağıyev - Məlum olduğu kimi, sentyabrın 7-də Amerika Birləşmiş Ştatlarının Nümayəndələr Palatasının insan hüquqları komissiyasının həmsədri Kristofer Smitin təşəbbüsü ilə Qarabağdakı “humanitar böhran”la bağlı dinləmələr keçirilib. Qatı ermənipərəst mövqeyi ilə tanınan bu şəxs çıxışında Azərbaycanı təcavüzkarlıqda və Qarabağda ermənilərə qarşı soyqırımı törətməkdə günahlandırıb.
Qeyd edək ki, bu, amerikalı konqresmen tərəfindən nümayiş etdirilən ilk qərəzli davranış deyil. Məsələyə dair ənənə şəklini almış bundan öncəki bütün dinləmələrdə, o cümlədən iyunun 21-də keçirilmiş toplantıda Kristofer Smit eyni mövqedən çıxış edib. Onun adı Azərbaycan ictimaiyyətinə erməni lobbisi və diasporunun əlində alətə çevrilmiş şəxs kimi çox yaxşı tanışdır. Hələ 1992-ci ildə ABŞ-ın Azərbaycana dövlət yardımının qarşısını alan Azadlığı Müdafiə Aktına 907-ci düzəlişin hazırlanmasında və qəbul edilməsində də Kristofer Smit çox böyük canfəşanlıq göstərib. O, eyni zamanda beynəlxalq aləmdə, ayrı-ayrı ölkələrin  parlamentlərində qondarma “erməni soyqırımı”nın tanınması istiqamətində böyük fəallıq nümayiş etdirib. Qarabağdakı son vəziyyətlə bağlı dinləmələrin keçirilməsinin əsas məqsədi isə birinci növbədə separatçı rejimin mövqelərini möhkəmləndirmək və bütövlükdə Cənubi Qafqaz bölgəsində sülhyaratma prosesinə əngəl yaratmaqdır. Mahiyyətcə Kristofer Smitin bütün fəaliyyəti Azərbaycan və Türkiyə əleyhinə yönəlib və Ermənistanın mənafeyini müdafiə etməyə istiqamətlənib.
İclasa Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru Luis Moreno Okamponun  dəvət olunması və Ermənistanın ABŞ-dəki səfirinin, habelə erməni icmasının nümayəndələrinin geniş tərkibdə iştirakı onu göstərir ki, bu dinləmələr beynəlxalq erməni mafiyasının diktəsi ilə keçirilir və heç bir halda obyektiv və ədalətli ola bilməz. Elə buna görədir ki, dünənki dinləmələrdə ABŞ Dövlət Departamentinin və USAİD-in nümayəndələri iştirak etməyiblər. Smitin özü etiraf edib ki, onun həmsədr olduğu 25 ildən artıq bir müddət ərzində müstəsna hal baş verib, yəni Amerikanın dövlət qurumlarının nümayəndələri onun çoxsaylı zənglərinə və məktublarına heç bir cavab verməyiblər. Bundan əlavə, 2015-ci ildə onun hazırladığı “Azərbaycandan siyasi məhbusları azad etməyi və insan haqlarının vəziyyətini yaxşılaşdırmağı” tələb edən “Azərbaycan demokratiya aktı” adlı qanun qanun layihəsi Nümayəndələr Palatasında bir neçə dəfə bloklanıb. Bu, onu deməyə əsas verir ki, bu dinləmələr də əvvəlki dövrlərdə olduğu kimi, ABŞ-nın Azərbaycanla bağlı dövlət siyasətinə heç bir təsir göstərə bilməyəcək və beynəlxalq səviyyədə heç bir hüquqi nəticəyə gətirib çıxarmayacaq. Azərbaycan isə hər zaman olduğu kimi öz qətiyyətli mövqeyini qoruyub saxlamaqla qarşıya qoyduğu hədəflərə doğru daha inamla irəliləyəcək.
Просмотров: 182
Обнаружили ошибку или мёртвую ссылку?

Выделите проблемный фрагмент мышкой и нажмите CTRL+ENTER.
В появившемся окне опишите проблему и отправьте Администрации ресурса.

ДОБАВИТЬ КОММЕНТАРИЙ

Введите код:*
Кликните на изображение чтобы обновить код, если он неразборчив

Təsisçi və baş redaktor:Eminov Mehman Niftalı oğlu | Tel: (+99499)792 92 88 , (+99477) 606 00 68 , (+99470) 577 95 98

Xüsusi müxbir: Alıyev Kamil Həsən oğlu

Xüsusi müxbir : Piriyev Cavid Medal oğlu