Ulu Öndər Heydər Əliyev dövlətlərarası münasibətlər haqqında



Ulu Öndər Heydər Əliyev XX əsrdə Azərbaycan xalqının dünyaya bəxş etdiyi dahi şəxsiyyətdir.  Ulu Öndər Heydər Əliyevin balanslaşdırılmış xarici siyasət kursu sayəsində Azərbaycan dünyanın siyasi xəritəsində geostrateji mövqeyini möhkəmləndirdi, ölkəmiz Cənubi Qafqazın lider dövlətinə, regionda gerçəkləşdirilən bütün transmilli layihələrin təşəbbüskarına və fəal iştirakçısına çevrildi. Ulu Öndərin çoxsaylı xarici səfərləri, ikitərəfli və beynəlxalq səviyyədə imzalanmış mühüm saziş və sənədlər, uğurlu neft diplomatiyası, beynəlxalq və regional təşkilatlarla aparılan gərgin iş ölkəmizin inkişafının sürətləndirilməsinə mühüm töhfəsini verdi. Ümummilli Lider Heydər Əliyev ilk günlərdən müstəqil Azərbaycan dövlətinin beynəlxalq münasibətlər sistemində yeri, Avropa ölkələri və ABŞ ilə, yeni müstəqil dövlətlər və Rusiya ilə, türkdilli dövlətlər və Türkiyə ilə, müsəlman dünyası və İranla, nüfuzlu beynəlxalq təşkilatlarla əlaqələrinin yaxın dövr üçün prioritetləri müəyyənləşdirdi və tədricən həyata keçirilməyə başladı. Qısa müddət ərzində bir çox ölkələrlə qarşılıqlı səmərəli əməkdaşlıq quruldu. Heydər Əliyevin təşəbbüsü ilə Birləşmiş Millətlər Təşkilatının qurumları, Avropa İttifaqı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Avropa Şurası və digər beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq yaradıldı. Eyni zamanda 1993-1995-ci illərdə Azərbaycan Prezidentinin bir sıra xarici ölkələrə səfərləri, keçirdiyi görüşlər, eləcə də dünyanın ayrı-ayrı dövlətlərindən respublikamıza gələn nümayəndələrlə aparılan danışıqlar Ermənistanın Azərbaycana təcavüzü haqqında həqiqətlərin beynəlxalq aləmə çatdırılması baxımından əhəmiyyətli rol oynadı. 
1993-cü ilin yayında yenidən hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin məhz qeyd olunan rasional xarici siyasət strategiyası ölkənin düşmüş olduğu böhranlı vəziyyətdən çıxmasında böyük rol oynadı. Mürəkkəb geosiyasi mövqeyə, Ermənistanın ölkəmizə qarşı apardığı işğalçı müharibəyə, regionda maraqları olan digər güc mərkəzlərindən qaynaqlanan böyük siyasi-ideoloji, hərbi, iqtisadi təhdidlərə, çoxsaylı daxili problemlərə baxmayaraq, Heydər Əliyevin dərin ağıla və dəmir məntiqə əsaslanan xarici siyasəti az qala məhv olmaq təhlükəsi ilə üz-üzə qalan dövləti qorumaqla yanaşı, onu beynəlxalq münasibətlər sisteminin layiqli üzvünə çevirdi. Ulu Öndər Heydər Əliyevin xarici siyasətində digər vacib istiqamətlərdən biri də Avropa dövlətləri ilə münasibətlər olmuşdur. Ulu Öndər Heydər Əliyev 25 yanvar 2001-ci il tarixində Strasburqda Avropa Şurası Parlament Assambleyasının sessiyasında çıxışında qeyd etmişdir: “Ölkəmizin Avropa Birliyinə daxil olması Avropanın mənəviyyat, ənənələr cəhətindən zənginləşdirilməsinə gətirib çıxaracaqdır. Azərbaycanın bugünkü reallığı Avropa və Şərq milli dəyərlərinin sintezindən ibarətdir. Avropa dəyərlərinin üzərinə bunu əlavə etsək, Avropa dəyərləri daha da zəngin olacaqdır.” Xüsusilə “köhnə dünya”nın aparıcı dövlətləri olan Fransa, Böyük Britaniya, Almaniya kimi ölkələrlə əlaqələr yeni mərhələyə daxil olmuşdur. Qərbin aparıcı dövlətləri ilə münasibətlərin dərinləşdirilməsinə Heydər Əliyev həm milli maraqlarımız, həm də regional geosiyasi proseslər kontekstində yanaşırdı. Belə ki, dərin siyasi təfəkkürə malik olan Heydər Əliyev aydın dərk edirdi ki, müstəqilliyimizi möhkəmləndirmək və bəzi neoimperialist siyasət həyata keçirən regional güc mərkəzlərinin neqativ təsirlərini azaltmaq üçün Qərbin Cənubi Qafqazda ciddi geosiyasi, geoiqtisadi maraqlarını formalaşdırmaq lazımdır. 1994-2003-cü illərdə xarici siyasətimizdə atılan bir sıra ciddi addımlar, reallaşdırılan böyük geostrateji əhəmiyyətli layihələr (“Əsrin Kontraktı”, “Bakı-Tiflis-Ceyhan kəməri”, “Böyük İpək Yolu” və s.) ölkəmizi Avro-Atlantika məkanına yaxınlaşdırmaqla bərabər, Cənubi Qafqazın Qərb üçün geosiyasi cəlbediciliyini də artırdı. 
Heydər Əliyevin düşünülmüş çoxvektorlu xarici siyasət strategiyası gənc, müstəqil dövlətimizin beynəlxalq münasibətlər sistemində milli maraq və mənafeyinin qorunmasında, təhlükəsizliyinin təmin olunmasında fövqəladə rol oynadı. Heydər Əliyev çoxvektorlu, balanslaşdırılmış xarici siyasətin Azərbaycan modelini yaratmaqla, həm də özündən sonra həyata keçiriləcək uğurlu xarici siyasətin əsasını qoymuş oldu. Bu baxımdan birmənalı şəkildə vurğulamaq olar ki, İkinci Qarabağ Müharibəsində əldə etdiyimiz tarixi zəfərimizdə də, mürəkkəb dünya düzənində layiqli yer tutmağımızda da Heydər Əliyevin zəngin siyasi-diplomatik irsi böyük rol oynamışdır. 
Şəhriyar Hüseynov, 
Salyan rayon Kürsəngi kənd tam orta məktəbin direktor əvəzi, YAP fəalı
Просмотров: 170
Обнаружили ошибку или мёртвую ссылку?

Выделите проблемный фрагмент мышкой и нажмите CTRL+ENTER.
В появившемся окне опишите проблему и отправьте Администрации ресурса.

ДОБАВИТЬ КОММЕНТАРИЙ

Введите код:*
Кликните на изображение чтобы обновить код, если он неразборчив

Təsisçi və baş redaktor:Eminov Mehman Niftalı oğlu | Tel: (+99499)792 92 88 , (+99477) 606 00 68 , (+99470) 577 95 98

Xüsusi müxbir: Alıyev Kamil Həsən oğlu

Xüsusi müxbir : Piriyev Cavid Medal oğlu