"Azərenerji" ASC-nin vitse-prezidenti Ziyəddin Quliyev - Ötən həftə Yeni Azərbaycan Partiyası (YAP)  tərəfindən cənab İlham Əliyevin 7 fevral 2024-cü ildə keçiriləcək növbədənkənar prezident seçkilərinə namizədliyi irəli sürülüb və bununla bağlı qərar YAP İdarə Heyətinin genişləndirilmiş iclasında yekdilliklə qəbul edilib. 
Qeyd edək ki, növbədənkənar prezident seçkilərinin keçirilməsi postmünaqişə dövründə Azərbaycanda və bölgədə formalaşan yeni geosiyasi reallıqlardan doğan zərurətdən irəli gəlir. Bu tarixi addımın ictimai, siyasi, hüquqi və beynəlxalq aspektlərdən təhlili verilmiş qərarın bütün mənalarda sağlam məntiqin və müdrik düşüncənin məhsulu olduğunu, yeni dövrün tələblərinə tam uyğun olduğunu təsdiq edir.
Bu gün Azərbaycan heç zaman tarixdə olmadığı qədər güclüdür, respublikamız sülh və əmin-amanlıq şəraitində yeni intibah dövrünə qədəm qoyub. Ölkəmiz elə bir mərhələyə daxil olub ki, indi bizim qarşımızda qələbəmizin möhkəmləndirilməsi, dövlətçiliyimizin daha da daha da gücləndirilməsi kimi ciddi missiyalar var. Yeni mərhələ xüsusilə dövlət quruculuğu sahəsində növbəti vacib islahatların zərurətini ortaya qoyur. 7 fevral növbədənkənar president seçkilərinin digər vacib önəmi ondadır ki, bu siyasi hadisə dövlət müstəqilliyimizin bərpasından sonra ilk dəfə olaraq Azərbaycan bütün ərazilərini əhatə edəcək.
Hər kəs şahiddir ki, bu gün  həm regionda, həm də dünyada çox ciddi proseslər gedir. Azərbaycan Cənubi Qafqaz geosiyasi məkanının aparıcı dövləti, əsas söz sahibidir. Xüsusilə son 20 ildə ölkəmiz çox mühüm uğurlar qazanmış, başqa dövlətlərlə ikitərəfli münasibətlərə, eləcə də regionumuzun geostrateji təhlükəsizaliyinə, əhəmiyyətli töhfələr vermişdir. Yeni reallıqlarla Azərbaycan yerləşdiyimiz coğrafi məkanda böyük bir inkişaf yolu, çox geniş əməkdaşlıq, qarşılıqlı fayda mühiti formalaşdırır. Dövlətimiz bölgəmizin inkişaf proseslərinə istiqamət verən, sülh, təhlükəsizlik, dayanıqlı inkişaf mühitinin qoruyucusu missiyasını uğurla yerinə yetirməkdədir. Müstəqil dövlətimiz beynəlxalq strateji tərəfdaş kimi qlobal məkanda getdikcə daha böyük nüfuz qazanır. O baxımdan da belə bir şəraitdə növbədənkənar president seçkilərinin keçirilməsi barədə qərarın qəbul edilməsi, addımın atılması çox mühümdür.
Prezident, YAP-nın sədri cənab İlham Əliyevin yenidən dövlət başçısı postuna rəsmən namizəd irəli sürülməsi də elə bu əsaslara söykənir. Partiyanın bu seçimi təkcə 720 minlik bir siyasi təşkilatın deyil, həm də sayı 10 milyonluq bütün Azərbaycan vətəndaşlarının, hətta geniş mənada, 50 milyonluq dünya azərbaycanlılarının müzəffər Liderə etimadının təzahürüdür. Bu baxımdan YAP-nın qərarı xalqın istəyinin ifadəsidir. Çünki cənab İlham Əliyev bütün azərbaycan xalqının Lideri kimi öz fəaliyyətində hər zaman sözü ilə əməlinin vəhdətini nümayiş etdirib. Danılmaz faktdır ki, ilk növbədə məhz cənab İlham Əliyevin bənzərsiz sərkərdəlik bacarığı sayəsində 44 günlük Vətən müharibəsindən və Qarabağda keçirilmiş 23 saatlıq antiterror tədbirlərindən sonra Azərbaycanın dövlət suverenliyi, ərazi bütövlüyü və konstitusiya quruluşu tam şəkildə bərpa olunub.
Son illər ərzində Azərbaycan Cənubi Qafqazın aparıcı dövləti kimi dünya birliyində mövqelərini daha da möhkəmləndirib. Xüsusən də, 44 günlük müharibədən sonra Azərbaycanın nüfuzu beynəlxaq aləmdə çox yüksəlib. Bunlar hamısı İlham Əliyevin rəhbərliyi ilə baş verib. Bu baxımdan hesab edirəm ki, növbədənkənar Prezident seçkilərinə YAP tərəfindən İlham Əliyevin namizədliyinin irəli sürülməsinin həm daxili, həm də beynəlxalq əhəmiyyəti böyükdür. Bir sözlə, bu gün İlham Əliyevin siyasi lider və tarixi şəxsiyyət kimi həm ölkə daxilində, həm də beynəlxalq aləmdə nüfuzu çox yüksəkdir və bu da onun növbədənkənar Prezident seçkilərinə namizədliyinin irəli sürülməsini şərtləndirən amillərdəndir.
Bu bir həqiqətdir ki, dünyada cənab İlham Əliyevlə müqayisəyə gələ bilən çox az sayda dövlət və hökumət başçısı var. Azərbaycan Prezidenti dünya ölkələrinin rəhbərləri arasında çox böyük reytinqə malik bir liderdir. Bu baxımdan da çox böyük əminliklə söyləmək olar ki, 7 fevral seçkilərində onun uğur qazanacağı şübhəsizdir.
 
Просмотров: 420
Обнаружили ошибку или мёртвую ссылку?

Выделите проблемный фрагмент мышкой и нажмите CTRL+ENTER.
В появившемся окне опишите проблему и отправьте Администрации ресурса.

ДОБАВИТЬ КОММЕНТАРИЙ

Введите код:*
Кликните на изображение чтобы обновить код, если он неразборчив

Təsisçi və baş redaktor:Eminov Mehman Niftalı oğlu | Tel: (+99499)792 92 88 , (+99477) 606 00 68 , (+99470) 577 95 98

Xüsusi müxbir: Alıyev Kamil Həsən oğlu

Xüsusi müxbir : Piriyev Cavid Medal oğlu