Xaçmaz rayonu Maqsudkənd kəndində yeni inşa edilən tibb məntəqəsi kənd sakinlərinin istifadəsinə verilib.
04.08.2023- cü il tarixində Maqsudkənd Tibb məntəqəsinın açılışı olub . Açılışda Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının direktoru Səyyaf Tağıyev, direktorun inzibati məsələlər üzrə müavini Murad Həbibov, xəstəxana əməkdaşları və kənd sakinləri iştirak edib. Yeni inşa edilən tibb məntəqəsi Xaçmaz Rayon Mərkəzi Xəstəxanası tərəfindən lazımi avadanlıqlarla təmin edilib.
Açılışda ilk öncə Dövlət Himni səsləndirilib. Giriş sözü ilə çıxış edən direktor Səyyaf Tağıyev yeni istifadəyə verilən tibb məntəqəsinin kənd sakinlərinə daha yüksək səviyyədə tibbi xidmət göstərəcəyini bildirib.
Tibb məntəqəsinin müdiri Səkinə Musayeva uzun illər Xaçmaz rayonunda tibb sahəsində çalışan işçilərdəndir. O da çıxışında belə gözəl, hər bir şəraiti olan tibb məntəqəsində kənd sakinlərinə daha həvəslə tibbi xidmət göstərəcəyini vurğulayıb.
Yeni tibb məntəqəsinin açılışı kənd sakinlərinin də sevincinə səbəb olub.
Xaçmaz rayonu Maqsudkənd kənd sakinləri üçün tibbi müayinə aksiyası təşkil olunub.
Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən tərtib edilmiş Tədbirlər Planına uyğun olaraq TƏBİB-in tabeliyindəki Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının təşkilatçılığı ilə ətraf kəndlərin sakinləri üçün səyyar tibbi müayinələr təşkil olunur. Növbəti tibbi müayinə aksiyası yeni istifadəyə verilmiş Maqsudkənd Tibb məntəqəsində baş tutub.
Aksiya çərçivəsində tibb müəssisəsinin ixtisaslı həkimləri tərəfindən müraciət edən kənd sakinləri müayinə edilərək ,
müalicəyə cəlb olunub.
Səyyar tibbi müayinə aksiyasıları digər ətraf kəndlərdə də davam etdiriləcək.