planet.com.az » Gündəm » Nəbi İskəndərov: Tarixin qara səhifələrində…
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Cəlilabad rayon Komitəsinin sədri Nəbi İskəndərov - Prezident-Xalq-Ordu birliyi! Bu möhtəşəm birlik Zəfərlə bitən 44 günlük Vətən müharibəsində əsrlərdir Azərbaycan torpaqlarında vandalizm aktları törətmiş erməni təxribatçılarını məhv edərək, onları kapituliyasiyaya məhkum edən sarsılmaz və yenilməz Birlikdir! Bir neçə gün öncə “Dəmir Yumruğ”un güclü təsirindən dərs çıxarmayan revanşist meyilli erməni təcavüzkarları yenidən təxribata əl atmağa cəhd etdiyi zaman Müzəffər Ordumuz düşmənə qarşı adekvat cavab tədbirləri həyata keçirdi. Düşmənə elə bir dərs verildi ki, bu da məhz şanlı tariximizə qızıl hərflərlə həkk olunan növbəti uğurumuzdur. İndi qürur hissi ilə söyləyə bilirik ki, ulu babalarımızın, əcdadlarımızın doğma məskəni olan Qarabağ və ətraf digər rayonlarımız Ali Baş Komandanımızın peşəkar rəhbərliyi və Ordumuzun rəşadəti hesabına düşmən işğalından azad olunub. Xüsusilə qeyd ediləcək digər bir məqam ondan ibarətdir ki, biz hazırda nəinki Qarabağa, bir əsr öncə itirdiyimiz qədim tarixə malik olan yurdumuza - doğma Zəngəzur mahalına geri qayıdırıq. Azərbaycan tarixinin demək olar ki, bütün mərhələlərində yadelli qəsbkarlar torpaqlarımızı işğala məruz qoyaraq, əzəli yurdumuzda kütləvi soyqırımı aktları törədib. Düşməndən qisas alan müzəffər Azərbaycan Ordusu bu gün bayrağımızı doğma yurdumuzun əzəmətli zirvəsinə sancaraq, xalqımıza böyük sevinc hissi bəxş edib və şəhidlərimizin qisasını alıb.
Çox təəssüf ki, ölkəmizin daxilində absurd fikirləri ilə gündəmə düşmək, xalqda mənfi fikir formalaşdırmaq istəyən bir qrup - Əli Kərimli, İlham Hüseyn, Qənimət Zahid, Gültəkin Hacıbəyli və Sevinc Osmanqızı kimi ünsürlər öz mənliyini, milli kimliyini və əqidəsini qərbdən gələn qrantlara sataraq, revanşist meyilli erməni təcavüzkarlarına haqq qazandırmaq istəyirlər. Nə məğrur xalqımız, nə də güclü dövlətimiz heç bir zaman Vətənin çətin günündə satqınlıq edən və ölkədə xaos yaratmaq istəyən bu mənfur qüvvələri unutmayacaq. Sadə bir arqument gətirmək kifayət edər ki, bu radikalyönümlü ünsürlərin kütbeyin olmasına sübut olsun. Prezident İlham Əliyevin Şanxay platformasındakı iştirakına öz cılız və lüzumsuz düşüncələri ilə fərqli münasibət bildirən başıboşlar dövlətimizin xarici siyasət kursunu anlamayacaq qədər xəstə ruhlu manqurtlardır. Axı hardan bilsinlər ki, düzgün və uzaqgörən siyasət nədir, xalqın maraqlarının təminatı necə olur, Vətən naminə hansı addımlar atılır. Əlbəttə bilməyəcəklər! Hakimiyyət başında olan AXC-Müsavat cütlüyünün qeyri-ciddi və nöqsanlarla dolu olan fəaliyyəti nəticəsində 90-cı illərin başlanığıcında ölkədə xaos, anarxiya, vətəndaş qarşıdurması və özbaşınalıq yaranmışdı. Daxili siyasətlə ölkəni uçuruma yuvarlayan bu səriştəsiz cütlüyün nümayəndələrinin daxili siyasəti belə olmuşdursa, xarici siyasətdən necə danışa bilərlər ki? Təbii ki, heç cür! Necə deyərlər, təbiri caizsə, boş qazan kimi səs çıxaran müxalifətçilər sadəcə millətin baş-beynini aparmaqla zibil tullantıları siyahısına əlavə olunublar.
Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmiz və xalqımız naminə həyata keçirdiyi bənzərsiz, uzaqgörən siyasət bizim təhlükəsizliyimizi, xoşbəxt və firavan gələcəyimizi layiqincə təmin edib!
Обнаружили ошибку или мёртвую ссылку?
Выделите проблемный фрагмент мышкой и нажмите CTRL+ENTER.
В появившемся окне опишите проблему и отправьте Администрации ресурса.
Təsisçi və baş redaktor:Eminov Mehman Niftalı oğlu | Tel: (+99499)792 92 88 , (+99477) 606 00 68 , (+99470) 577 95 98
Xüsusi müxbir: Alıyev Kamil Həsən oğluXüsusi müxbir : Piriyev Cavid Medal oğlu